Məhkəmə qərarları › İş №3(073)-1697/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1697/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1697/2025 16.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsinində göstərmişdir ki, mülkiyyətində olan avtomobilə Azərbaycan Respublikası DİN BDYPİ-ninxx.xx.2025-cü il tarixli, EQ 24347441 saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə nəzərtə tutulmuş xətalara görə 50 manat cərimə olunmuşdur. Hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyil, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun istifadəsində “Gac minik” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ələt-Astara yolunda hərəkətdə olarkən xx.xx.2025-ci il tarixdə xüsusi cihaz vasitəsi ilə müəyyən olunmaqla barəsində İXM-nın 469.3-cü maddsəinə əsasən yəni sığorta müqaviləsi bağlamadığı üçün 50 manat cərim əolunmuşdur. Onun həmin tarixdə sığorta müqaviləsi olmuş və qanunsuz olaraq cərimə olunmuşdur O həmin cərimə məbləği ilə razı deyil və qərarın ləğv olunmasını qanuni hesab edir. Ümumiyyətlə həmin qərar ona təqdim olunmamışvə özü müraciət edərərk qərarı əldə etmişdir. Odur ki, həmin qərarı ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 25 oktyabr 2025-ci il tarixdə saat 09:06:52-də X3 idarə etdiyi “Gac minik” markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobili “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş 25 oktyabr 2025-ci il tarixli qərarla X3 inzibati məsuliyyətə cəlb edilərək 469.3-cü maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto materialla “Gac minik” markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobili “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə pozuntu barədə 25 oktyabr 2025-ci il tarixli qərar real vaxt rejimində mərkəzi informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfində imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 saylı qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 25 oktyabr 2025-ci il tarixli, EQ 24347441 saylı qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar