Məhkəmə qərarları › İş №3(073)-171/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-171/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-171/2025 14.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1960-cı ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 14 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin inzibati binasının birinci mərtəbəsində ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X6, anaları X1 yanında saxlanılmış və uşaqları X3 alınıb X2 verilməsi qət edilmişdir. Beş il bundan öncə Fəxriyyə Nifullayeva uşaqları onların yanında qoyaraq Ruslan adlı bir ilə qoşulub Bakı şəhərinə qacmış və öz həyatını yaşamışdır və o vaxdan nəvələrinə o baxmışdır. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əsədov onu icra şöbəsinə dəvət edərərk uşaqların anasına verilməsini bildirdiyi üçün əsəbi olduğundan ucadan danışmışdır. Ona görə də əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X6, anaları X1 yanında saxlanılmış və uşaqları X3 alınıb X2 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs Cəlilabad rayon İcra cə Probasiya Şöbəsinə dəvət edərərk məhkəmə qətnamsəinin icra etməsini tələb etmişdir. Şəxs də hay küy salaraq onların iş rejmini pozmuşdur. Ona görədə İlham Niftiyevin barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin (stajor) icra məmuru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin birinci mərtəbəsində İcra Şöbəsində iş otağında olarkən adını sonradan bildiyi Şəxs Cəlilabad rayon İcra cə Probasiya Şöbəsində hay küy salaraq onların iş rejmini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünün icra işi ilə bağlı Cəlilabad rayon Məhkəməsinin birinci mərtəbəsində yerləşən İcra Şöbəsində olan zaman adını sonradan bildiyi Şəxs Cəlilabad rayon İcra və Probasiya şöbəsində hay küy saldığının şahidi olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, şahidlərin və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar