Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1712/2025 03.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 01200-00672/25 nömrəli, 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Cəlilabad Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 14 oktyabr 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsində Çin Xalq Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 77VP061/99YJ061 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmus və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılılmısdır. Eyniləşdirmə zamanı xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içində “kisi və qadın üçün cins şalvarlar” yükünün brutto çəkisi 13569 kq göstərildiyi halda faktiki olaraq 11946 kq olduğu, “qadınlar üçün ev ayaqqabısı (tərlik)” yükünün brutto çəkisi 1255 kq göstərildiyi halda faktiki olaraq 335 kq olduğu, “qadın ücün gödəkcələr (kurtqa)” yükünün brutto çəkisi 1127 kq göstərildiyi halda faktiki olaraq 2750 kq olduğu müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilməyən brutto çəkisi 920 kq təşkil edən “kisi və qadın üçün qış ayaqqabıları" yükü olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Şəxs MMC tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli **********7314 nömrəli gömrük bəyannaməsi və əlavə vərəqələrdən görünür ki, bəyan edilmiş malların içində “kisi və qadın üçün cins şalvarlar” yükünün brutto çəkisi 13569 kq olduğu, “qadınlar üçün ev ayaqqabısı (tərlik)” yükünün brutto çəkisi 1255 kq olduğu, “qadın üçün gödəkcələr (kurtqa)” yükünün brutto çəkisi 1127 kq olduğu qeyd edilmişdir. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, 14 oktyabr 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsində Çin Xalq Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 77VP061/99YJ061 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmus və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılılmısdır. Eyniləşdirmə zamanı xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içində “kisi və qadın üçün cins şalvarlar” yükünün brutto çəkisi 13569 kq göstərildiyi halda faktiki olaraq 11946 kq olduğu, “qadınlar üçün ev ayaqqabısı (tərlik)” yükünün brutto çəkisi 1255 kq göstərildiyi halda faktiki olaraq 335 kq olduğu, “qadın ücün gödəkcələr (kurtqa)” yükünün brutto çəkisi 1127 kq göstərildiyi halda faktiki olaraq 2750 kq olduğu müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilməyən brutto çəkisi 920 kq təşkil edən “kisi və qadın üçün qış ayaqqabıları" yükü olduğu müəyyən edilmişdir. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli “Yoxlama haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içində “kisi və qadın üçün cins şalvarlar” yükünün brutto çəkisi 13569 kq göstərildiyi halda faktiki olaraq 11946 kq olduğu, “qadınlar üçün ev ayaqqabısı (tərlik)” yükünün brutto çəkisi 1255 kq göstərildiyi halda faktiki olaraq 335 kq olduğu, “qadın ücün gödəkcələr (kurtqa)” yükünün brutto çəkisi 1127 kq göstərildiyi halda faktiki olaraq 2750 kq olduğu müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsində göstərilməyən brutto çəkisi 920 kq təşkil edən “kisi və qadın üçün qış ayaqqabıları" yükü olduğu müəyyən edilmişdir. Hüquqpozma predmeti olan brutto çəkisi 1623 kq təşkil edən “qadın üçün gödəkçələr (kurtqa)” yükü və brutto çəkisi 920 kq olan “kişi və qadın üçün qış ayaqqabıları” yükü götürülmüş və Biləsuvar Gömrük İdarəsinin inzibati binasında gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli “maddi sübutun təhvil verilməsi barədə” aktdan görünür ki, Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33-1500/012/002778 saylı raportda qeyd edilən faktla əlaqədar idxalatçı Şəxs MMC-nin (VÖEN **********) 13 oktyabr 2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqpozma predmeti kimi götürülmüş adları və sayları akta əlavə edilmiş siyahıda göstərilən mallar Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli “Mütəxəssis rəyinin alınması haqqında” qərardadan görünür ki, 3-33-1500/012/002778 nömrəli material üzrə mütəxəssis təyin edilmiş və qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, brutto çəkisi 1623 kq təşkil edən qadın üçün gödəkçələr (kurtqa)-in ümumi qiyməti 29802 manat, brutto çəkisi 920 kq təşkil edən “kişi və qadın qış ayaqqabıları” yüklərinin ümumi qiyməti 12408 manat olmaqla, cəmi 42210 (qırx iki min iki yüz on) manat təşkil etmişdir. İş materiallarında olan hesab-fakturadan görünür ki, hüquqpozma predmeti olan adları və sayları qərara əlavə olunmuş siyahıda qeyd olunmuş geyim əşyalarının xx.xx.2025-ci il tarixə mövcud olan ayrı-ayrılıqda və ümumilikdə respublikadaxili faktiki bazar qiymətinin müəyyən edilməsi işinə görə ödəniləcək ximət haqqı 177 manat təşkil etmişdir. İş materiallarında olan 27 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, fakt üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İş materiallarında olan 28 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********7314 sorğu nömrəli gömrük bəyannaməsi ilə göstərilən məlumatlar düzgün bəyan edilməmiş və həmin bəyannamədə göstərilməyən brutto çəkisi 920 kq təşkil edən “kisi və qadın üçün qış ayaqqabıları" yükü olduğu aşkar edilmiş və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; -148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. - 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. - 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (42210 manat) 40 (qırx) faizi, yəni 16884 (on altı min səkkiz yüz səksən dörd) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Odur ki, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı 177 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (42210 manat) 40 (qırx) faizi, yəni 16884 (on altı min səkkiz yüz səksən dörd) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı 177 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1712/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1712/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver