Məhkəmə qərarları › İş №3(073)-172/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-172/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-172/2025 14.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1989-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 14 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 4630/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq tələbkar ƏlixanovaƏfşəan Elxan qızına verilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-273/20224 saylı icra vərəqəsinə əsasən isə borclu Şəxs dəymiş zərərə görə 1573 manat pul və 36 manat dövlət rüsumunun alınaraq tələbkar X5 ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4630/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 273/20224 saylı icra vərəqəsinə əsasən isə borclu Şəxs dəymiş zərərə görə 1573 manat pul və 36 manat dövlət rüsumunun alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs borcundan heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, ondan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-4630/2022 saylı icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-273/20224 saylı icra vərəqəsinə əsasən isə ondan dəymiş zərərə görə 1573 manat pul və 36 manat dövlət rüsumunun alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. Hazırda həmin borcundan ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 14 fevral 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar