Məhkəmə qərarları › İş №3(073)-1755/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1755/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1755/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından 03 dekabr 2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ******* Rusiya rublu məbləğində vəsait bank vasitəsi ilə 20 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İşdə olan Şəxs ilə Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən və müqaviləyə edilmiş əlavə razılaşmalardan görünür ki, alıcı Şəxs satıcı "xxxx" MMC-dən müxtəlif malları dəyərini əvvəlcədən ödəməklə almağı, satıcı isə malları müqavilə ilə müəyyənləşdirilmiş müddətdə çatdırmağı öhdələrinə götürmüşlər. İşdə olan və "xxxx" ASC tərəfindən icra edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs ******* rus rublu vəsaiti "xxxx" MMC-nin hesabına köçürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən inzibati protokolu tərtib etmiş orqana göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bank qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün sənədləri inzibati orqana təqdim etmişdir və həmin müştərilərin sırasında Şəxs də mövcuddur, vəsaitin məbləği isə ******* rubl təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ******* Rusiya rublu məbləğində vəsaiti bank vasitəsi ilə 20 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs fəaliyyətini dayandırmış vergi ödəyicisidir. Avans yolu ilə xarici ölkələrə ödənişlər edilməsi əməliyyatına xüsusi nəzarət rejiminin mövcudluğunu nəzərə alaraq İXM-nin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınmasına xidmət edən 430.4-cü maddəsi ilə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən müvafiq sənədlər (idxal sənədləri) ödənişin aparıldığı gündən ən geci iki il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri on min ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatında dair bütün sənədlər 5 iş günü ərzində AR Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, ödənilmiş avans məbləğinin qarşılığında malların idxal edildmədiyini, həmçinin iş üzrə ağırlaşdırıcı halların olmadığını da nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin təqsirsizliyini müəyyən edəcək hal yoxdur və buna görə də Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə aşağı həddə, yəni inzibati xətanın obyekti olmuş ******* Rusiya rublu məbləğininin iyirmi faizi məbləğində cərimə edilməlidir. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş ******* Rusiya rublu məbləğinin iyirmi faizi məbləğində, yəni 341600 (üç yüz qırx bir min altı yüz) Rusiya rublu məbləğində cərimə edilsin. Qərar icra edildiyi (və ya ödəniş edildiyi) gün Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla cərimə Azərbaycan manatı ilə ödənilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar