Məhkəmə qərarları › İş №3(073)-176/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-176/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-176/2025 04.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2003-cü ildə Cəlilabad rayonu, Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 10 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 yanvar 2025-ci il tarixdə saat 08:20 radələrində idarə etdiyi «VAZ 21070» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Cəlilabad rayonu, ərazisindən keçən 143-cü km-də Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman qarşıdan gələn “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəridir. xx.xx.2020-ci il tarixdən BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və «VAZ-21070» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil öz adına rəsmi qeydiyyatdadır. O, digər sürücünü əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə 08:20 radələrində Cəlilabad RPŞyə düzlüşə gedən zaman Cəlilabad RPŞ-nin Göytəpə PB-dən Ələt-Astara yoluna çıxmış və Ələt qəsəbəsi istqamətində hərəkət etməyə başlamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə 60-70 kq yük olmuş, avtomobildə özündən başqa 3 nəfər polis əməkdaşı Sakit Nadirov, Xalid Abullayev və Natiq Bağırov olmuşdur. O, hadisədən əvvəl avtomobili 70-75 km/saat sürətlə etdirirmiş. Köhnə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 143-cü km-də olarkən qarşıdan, “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətdə hərəkət edirmiş, avtomobillər arasında nə qədər məsafənin olduğu dəqiq yadında deyilo, lakin məsafə az imiş, “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında sola işıq siqnalını yandırmış və sürətini aşağı saldığını üçün bir anlıq diqqəti yayınmış və o idarəetməni itirmiş və tormozdan istifadə etsə də, məsafə az olduğu üçün toqquşmanın qarşısını ala bilməmiş və həmin anda onun avtomobilinin ön hissəsi ilə “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşma baş vermişdir. Toqquşmadan sonra “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağına çıxaraq elektrik dirəyinə çırpılıb dayanmışdır. Onun avtomobili isə Ələt qəsəbəsi istiqamətində toqquşma yerində dayanmışdır. Hadisədən sonra o yerə enərərk görmüşdür ki, “VAZ 21154” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü və avtomobildə olan sərnişinlər xəsarət almışdı, hadisə nəticəsində o heç bir xəsarət almamışdır. Daha sonra Təcilli Tibbi yardımla Cəlilabad RMX-ya müraciət etmişlər. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermiş, Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət təqibi üzrə icraata xitam verilməsi barədə 10 fevral 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət təqibi üzrə icraata xitam verilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar