Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-177/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, X1, Azərbaycan Respublikası X7 X3 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası X7 X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X7 X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 31-ci maddəsi tətbiq edilməklə 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X10 şikayət verərək həmin qərarın ləğv olunmasını və İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şkayətçi X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş ünvanda yerləşən ət dükanında qəssablıq fəaliyyətilə məşğul olur. X7 X3 əməkdaşları onun obyektində yoxlama apararaq, satdığı ət məhsullarının müvafiq baytarlıq ekspertiza sənədi və ətin üzərində müvafiq nişanın mövcud olmaması və dezinfeksiya işlərinin aparılması üçün müqavilənin mövcud olmaması səbəbindən ona (şikayətçiyə) cərimə tətbiq etmişlər. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Şadlıq saraylarına, restoranlara ət satarkən ətin damğalanmasını tələb etdikləri üçün icra edir, lakin fiziki şəxslərə satış zamanı bu tələb əməl etmir. Bu tələbin fiziki şəxslərə münasibətdə də mövcud olmasında xəbərsiz olub, həmçinin kəsim məntəqəsi çox uzaqda yerləşdiyinə görə orada əti kəsmək sərfəli deyil. Tibbi kitabçası var, yalnız ətin damğalanmamasına və müvafiq zibil qutularının olmamasına görə hazırki cərimə yazılıb. Bu səbəbdən həmin qərarın ləğv olunmasını və İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X7 X3 nümayəndəsi Nümayəndə1 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş ünvanda yerləşən ət dükanında qəssablıq fəaliyyətilə məşğul olan X6 işlətdiyi obyektdə Azərbaycan Respublikası X7 X3 əməkdaşlar tərəfindən aparılmış yoxlama zamanı ət məhsullarının müvafiq baytarlıq ekspertiza sənədi və ətin üzərində müvafiq nişanın mövcud olmaması və dezinfeksiya işlərinin aparılması üçün müqavilənin mövcud olmaması, həmçinin qanunvericiliklə nəzərdə tutulan forma və qaydada zibil qutularının olmaması halları aşkar olunmuşdur. Yoxlama keçiriləcəyi barədə əvvəlcədən şəxsə rəsmi qaydada məlumat verilmişdir. Yoxlama barədə məlumatlandırma, həmçinin yoxlamanın icrası ilə əlaqədar bütün zəruri sənədlər toplusunu məhkəmə təqdim etmişdir. X10 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qanuni və əsaslıdır. Bu səbəbdən də şikayəti əsassız hesab edir. Şəxsin, ifadəsində də bildirdiyi kimi, yalnız restoranlara ət satarkən əti möhürlü, damğalı satmalı olması, bu tələbin fiziki şəxslərə münasibətdə keçərsiz olmasını bildirməsi əsassızdır, bu tələb, təbii ki, bütün şəxslərə satış zamanı tələb olunur. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası X7 X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X4-X12 tərəfindən X8 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Qida X2-X12 tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə tərtib olunmuş MN ******* nömrəli inzibati protokola əsasən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin ödənilməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X2-X11 xx.xx.2024-cü il tarixli, MN2100504 saylı inzibati xəta haqqında protokolundan görünür ki, X6 Cəlilabad rayonu Göytəpə şəhəri, Qurtuluş ünvanda yerləşən obyektində Azərbaycan Respublikası X7 X3 əməkdaşlar tərəfindən aparılmış yoxlama zamanı ət məhsullarının müvafiq baytarlıq ekspertiza sənədi və ətin üzərində müvafiq nişanın mövcud olmaması və dezinfeksiya işlərinin aparılması üçün müqavilənin mövcud olmaması halları aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X2-X12 tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:50-də inzibati xətaya dair işə baxılmasında iştirak etməsi üçün Agentliyin X3 inzibati binasına gəlməsinin zəruri olduğu bildirilmiş və iş üzrə sübutlarını təqdim etməsi təklif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X2-X11 xx.xx.2025-ci il tarixli yoxlamanın nəticələri üzrə qərarından görünür ki, X8 məxsus Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş ünvanında yerləşən ət dükanında qida obyektində əllərin yuyulması üçün əl yuma çanağı mövcud deyil. Ət satış dükanın giriş hissəsində ayaqqabıların dezinfeksiya edilməsi üçün dizinfeksiyaedici örtük yerləşdirilməmişdir. Dükanda dezinfeksiya işləinin aparılması üçün müvafiq qurumla müqavilə mövcud deyil. Tullantıların atılması üçün istifadə olunan zibil qutuları standartlara uyğun deyil. Ət satışı dükanında çalışan bir nəfər işçinin tibbi müayinə kitabçası yoxlamaya təqdim edilməmişdir. Dükanda satışda olan ümumi çəkisi 6 kq olan mal əti məhsulunun sağlamlığını təsdiq edən hər hansısa sənəd və baytarlıq nəzarətindən keçməsini təstiq edən nişan (damğa) ilə təmin edilməyib. Dükanda çalışan işçi gigiyenik təlimə cəlb olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş ünvanda yerləşən ət dükanında qəssablıq fəaliyyəti ilə məşğul olan X6 işlətdiyi obyektdə Azərbaycan Respublikası X7 X3 əməkdaşlar tərəfindən aparılmış yoxlama zamanı ət məhsullarının müvafiq baytarlıq ekspertiza sənədi və ətin üzərində müvafiq nişanın mövcud olmaması və dezinfeksiya işlərinin aparılması üçün müqavilənin mövcud olmaması halları aşkar olunmuşdur. X10 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X6 on istinad edilən inzibati inzibati xəta törətməsi öz təsdiqini tapır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar inzibati xəta törətmiş şəxs X6 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida X4-X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanunauyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X6 həmin qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 60, 106-115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X2-X11 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-177/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-177/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver