Məhkəmə qərarları › İş №3(073)-1772/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1772/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1772/2025 10.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad rayon məhkəməsinin hakimi Vəliyev Osman Akif oğlu, Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq Müəyyən etdi: İnzibati xəta haqqında protokola görə Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-142/2025 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəzərə alaraq ki, işin: - baxılması hakimin səlahiyyətinə - aiddir. - baxılması istisna edən hallar - yoxdur - protokol və işin digər materialları bu məcəllənin - tələblərinə uyğun tərtib – epdilmişdir - icraatı rədd edən hallar – yoxdur - mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar – toplanmışdır - vəsatətlər və etirazlar – yoxdur. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin icraatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(073)-1772/2025 saylı inzibati iş 3(073)-1767/2025 saylı inzibati işdə birləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 417-420-ci maddələrini rəhbər tutaraq... Qərar verdi: Cəlilabad rayon məhkəməsinin icraatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə 3(073)-1772/2025 saylı inzibati iş 3(073)-1767/2025 saylı inzibati işə birləşdirilsin. İşə 10 dekabr 2025-ci il tarixdə, saat 16:00-da Cəlilabad rayon məhkəməsinin binasında inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar