Məhkəmə qərarları › İş №3(073)-1773/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1773/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1773/2025 10.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, Müəyyən etdi: İcraatıma Şəxs Hüseyn oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 10 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-142/2025 saylı icra vərəqəsinə əsaəsn cavabdehlər Şəxs və X7 müştətək qaydada borca görə 6672 manat və 86,72 ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1h Gülşən oğluna və xx.xx.2025-ci il tarixli, 2(073)-2589 saylı icra vərəqələrinə əsasən cavabdehlər Şəxs və X2 2200 manat pul və 42 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul iddiaçı Zərərçəkmiş şəxs2 verilməlidi. Həmçinin icraatıma Şəxs Hüseyn oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 10 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsaəsn cavabdehlər Şəxs və X7 müştətək qaydada borca görə 12720 manat və 129 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X10, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsaəsn cavabdehlər Şəxs və X7 müştətək qaydada borca görə 26700 manat və 171 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X5, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı icra vərəqəsinə əsaəsn cavabdehlər Şəxs 52000 manat və 246.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X4, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı icra vərəqəsinə əsaəsn cavabdeh Şəxs 5100 manat və 71 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X8, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı icra vərəqəsinə əsaəsn cavabdeh Şəxs 2776 manat və 47 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı "xxxx" MMC-yə, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-2395/2024 saylı icra vərəqəsinə əsaəsn cavabdeh Şəxs 4320 manat və 62 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X3, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı icra vərəqəsinə əsaəsn cavabdeh Şəxs 2000 manat və 56 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X6, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1851/2024 saylı icra vərəqəsinə əsaəsn cavabdeh Şəxs 5180 manat və 71,80 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul alınaraq iddiaçı X1 və xx.xx.2023cü il tarixli, 2(073)-1921 saylı icra vərəqələrinə əsasən cavabdeh Şəxs 769,6 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul iddiaçı "xxxx" MMC-yə verilməlidi. Qeyd olunaanlara əsasən məhkəmə hesab edir ki, hazırda icraatda olan 3(073)- 1773/2025 saylı iş Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlunun icraatında olan 3(073)-1771/2025 saylı işlə birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109-ci maddələrini rəhbər tutaraq... Qərara aldı: Cəlilabad rayon məhkəməsinin icraatında Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3-(073)-1773/2025 saylı inzibati xətaya dair iş icraatda olan 3(073)-1771/2025 saylı inzibati xətaya dair işlə birləşdirilsin. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar