Məhkəmə qərarları › İş №3(073)-1777/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1777/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1777/2025 25.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X8 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X1 rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsində göstərmişdi ki, Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuiyyətə cəlb edilmiş və Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. 06 noyabr 2025-ci il tarixdə saat 16:45 radələərində Masallı rayon sakini X7 idarə etdiyi VAZ 21010 markalı avtomobillə Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində saatda 130-140 km sürətlə hərəkətdə olan zaman təsərüfatında olan dörd baş qoyunu vuraraq tələf etmiş və nəticədə həmin qoyunların biri hadisə yerində ölmüşdür. Hadisə barədə Cəlilabad RPŞ-nin TB-də araşdırma aparılsa da X7 barəsində heç bir tədbir görülməmiş, əksinə o, günahkar hesab edimişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə protokol və protokol əsasında qərar qəbul edilərərk cərimə edilmişdir. Hesab edir ki, Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş qərar ədalətli olmamaış və günahsız olduğu halda onun təqsirli sayılmağı İnzibati Xətalar Məcəlləsini müddəalarına zidd olmuşdur. Azərbaycan Respubilkasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bundan başqa 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunana əsasən Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon X13 Patrul Xidməti nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə Cəlilabad rayon X13 Patrul Xidməti nümayəndəsinin və X2nun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, X5 məxsus mal-qaranı Cəlilabad rayonu, Privolnoye kəndi ərazisindən keçən nəqliyyat yolu ilə ötrülməsi zamanı “VAZ 21103” minik markalı **-RB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoyunları vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 inzibati məsuliyyətə cəlb edilərək 338.7ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə bu məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.2-ci maddəsinə əsaəsn mal-qaranın asfalt və sementbeton örtüklü yollarla ötürülməsi piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır. Göründüyü kimi inzibati xəta törətmiş şəxs X8 özünə məxsus qoyunlarını Cəlilabad rayonu, Privolnoye kəndi ərazisindən keçən nəqliyyat yolundan bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerdən keçirməklə yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X4 barəsində 11 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən imzalanmış 11 noyabr 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X4 barəsində 11 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında Cəlilabad rayon X13 Patrul Xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən imzalanmış 11 noyabr 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar