Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-179/2025 17.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 15 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 15 fevral 2025-ci il tarixdə yaşadığı ünvanda sərxoş vəziyyətdə uca səslə söyüş söyüb münaqişə yaratmış, hadisə yerinə gedən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 15 fevral 2025-ci il tarixdə axşam saatlarında içkili vəziyyətdə evə gələrərk münaqişə yaratmış, qardaçı Samik Qardaşxanov DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları onların ünvanlarına gələrərk münaqişənin səbəbini soruşaraq onu nizam intizama dəvət etmişlər, o da içkili olduğuna görə polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. İçkili olduğu üçün həmin əməli etmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində işləyən 15 fevral 2025-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Samik Qardaşxanov DİN-nin 102 xidməti-zəng mərkəzinə müraciət edərək qardaşı Şəxs sərxoş vəsiyyətdə evə gələrərk ailə üzvləri ilə münaqişə etməsini bildirmişdir. O, və RPŞ-nin əməliyyat-isintaq qrupunun üzvləri ilə həmin ünvana getmişlər. Ünvanda olan zaman Şəxs heç bir səbəb olmadan uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdürlər. Onlar Şəxs nizam-intizama dəvət etmişdirlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanə pozmuşdur. Daha sonra Şəxs Cəlilabad RPŞ-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-179/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-179/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver