Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1810/2025 11.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Zərəçəkmiş şəxs X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1970-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 11 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində X1 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində həmkəndlisi X2 nalayiq soyüşlərlə təhqi etmişdir. Ona görə də əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində onu nalayiq soyüşlərlə təhqi etmişdir. Ona götə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, şahidlərin və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1810/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1810/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver