Məhkəmə qərarları › İş №3(073)-1820/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1820/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1820/2025 07.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Qərardan şikayət verən şəxs X6, Qida X1-X7 nümayəndələri X11 və Nümayəndə iştirakları ilə, X9 tərəfindən Azərbaycan Respublikası Qida X1-X7 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1-X7 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X9 İXM-in 220.3 və 444.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 444.1-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X9 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X1-X7 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarla X9 inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İcarəyə götürdüyü Cəlilabad şəhəri, H.Əliyev prospektində dükanda “Rüqəyya” şirniyyat evi kimi fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi şirniyyat evində bütün sanitar-gigiyenik tələblərə əməl edib. Heç bir işçi işlətmir. 04 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Qida X1-X7 əməkdaşları həmin dükana gələrək, yoxlama aparmaq istəyiblər. X9 həmin yoxlamanın aparılmasına şərait yaratmışdır. Yoxlama aparılan zaman guya “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 19.1-ci maddələrinin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nın 220.3 və 444.1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş, 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarla 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar X8 təqdim olunmadığı üçün 28 noyabr 2025-ci il tarixdə etdiyi müraciətinə əsasən 08 dekabr 2025-ci il tarixdə qərarın surətini və ona əlavə edilmiş sənədlərin surətlərini almışdır. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, işlətdiyi dükanda hazır şirniyyat məhsullarının satışını həyata keçirir və lazım olan şəraiti yaradıb. Onda aşkar edilmiş nöqsanlardan yalnız saxlanma temperaturu ilə bağlı nöqsanı etiraf edir. Yoxlama aparılan vaxt soyuducular yaxşı işləmirdi və lazımi temperatur əldə edilmirdi. Lakin sonradan qısa müddət ərzində həmin nöqsanı da həll etmişdir, soyuducuları təmir etdirmişdir. Ona yazılmış cərimənin məbləği yüksəkdir və onun maddi imkanına uyğun deyil. Şikayətin təmin olunmasını, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndələri yoxlamanın tam qanuni şəkildə aparıldığını bildirmişdirlər. Yoxlama aktında aşkar edilmiş nöqsanlara görə şəxs barəsində protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla o, ən aşağı məbləğdə cərimələnmişdir. Şikayətçi həmin məbləğdən qismən ödəniş də edib. Şikayətin əsassızlığını göstərərək təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassızdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən X9 “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 19.1-ci maddələrinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nın 220.3 və 444.1-ci maddələri ilə inzibai protokol tərtib edilmiş həmin qərarla 600 (altı yüz) manat cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “Yoxlamanın nəticələrinə dair Qərar”dan görünür ki, yoxlayıcı subyekt tərəfindən aşağıdakı nöqsanlar aşkar edilmişdir: Qida obyektinin qida təhlükəsizliyi baxımından qeydiyyatı mövcud deyil; əllərin yuyulması üçün sahələr mövcud deyil; yuyucu maddələr üçün ayrıca dolablar təmin edilməmişdir, mexaniki havalandırma sistemi mövcud deyil; qida obyektində olan şirniyyat və tort məhsullarının saxlanma temperaturları pozulmuşdur – şirniyyat məhsulları +18, +20 dərəcə Selsi temperaturda saxlanmalı olsa da, 34.6 dərəcə Selsi temperaturda saxlanması aşkar edilmiş, tort məsulları 24.5 Selsi temperaturda saxlanılmışdır. Göstərilən nöqsanlarla şikayətçi tərəfindən “Qida məhsulları üzrə gigiyena tələbləri dair Qaydalar”ın 2 nömrəli Əlavəsinin 1.4-cü, 1.11, 1.5, 1.6 və 4.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilən nöqsanlara əsasən müəyyən edilmişdir ki, müəssisədə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 19.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsinə əsasən Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. 34.3-ü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən müvafiq yoxlama qanuni şəkildə aparılmaqla əsaslı və həqiqi nöqsanlar aşkar edilmiş, habelə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar İXM-in tələblərinə uyğun olmuşdur. Malların saxlanma temperatunun pozulması halı şikayətçinin özü tərəfindən də etiraf edilmiş, soyuducunun tort və şirniyyat məhsullarını lazımi temperatura qədər soyutmadığı bildirilmişdir. Bu nöqsan şikayətçi tərəfindən sonradan aradan qaldırılsa da belə bu, inzibati xəta əməlinin mövcudluğunu istisna etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida X1-X7 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1-X10 tərəfindən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar