Məhkəmə qərarları › İş №3(073)-1863/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1863/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1863/2025 24.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs iştrakı ilə, Şəxs – xx.xx.1981-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 24 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə 07 dekabr 2025-ci il tarixdə Şəxs 102 xidmətinə zəng edərək, məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, 07 dekabr 2025-ci il tarixdə o, içkili olduğu üçün özündə olmamış və o səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən səmimi peşmandır. Bir də belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlindən peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır və məhsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 dekabr 2025-ci il tarixdən, saat 17:10-da hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar