Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1866/2025 29.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1979-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Cəlilabad rayonu, Sabirabad kənd orta məktəbində təsərüfat müdri işləyən, Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 26 dekabr 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Hüseynova X1 rayonu, Sabirabad kəndində Zərərçəkmiş şəxs dərcəsi təyyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun Xanımgül Babayevlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında işlədiyi məktəbdə xidməti otağında xidməti vəzifəsini icra edən zaman Xanımgül Babayev heç bir səbəb olmadan gəlib onu mobil telefonla çəkməyə başlamışdır. Ona nə üçün şəklini çəkdiyini deyəndə Zərərçəkmiş şəxs ona sən mənim atamın tərəfini tutmursan, buna görə də səni şərləyib tutduracam sözünü demişdir. O da bundan sonra telefonunu çıxarıb Xanımgülün dediklərini qeydə almaq istəyən zaman Xanımgül telefonu onun əlindən almış və sol qol nahiyyəsindən tutub sıxmışdır. Mobil telefonu Xanımgüldən almaq istəyən zaman sonuncu onu itələdiyi üçün telefon yerə düşmüş, lakin telefon sınmamış, telefonu Xanımgülün bacısı Dürdanə Babayeva yerdən götürmüş, o, isə Dürdanədən telefonu almış və ordan kənarlaşmışdır. Ona görə barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, onun Şəxs ilə heç bir düşmənşiliyi və ədavəti yoxdur, xx.xx.2025-ci il tarixdə günorta saatlarında o, işlədiyi məktəbdə xidməti vəzifəsini icra edən zaman Şəxs başqa otaqda oturduğunu görmüş, ona get öz xidməti otağında otur demiş, Süsən isə telefonu çıxarmış və məktəbi çəkməyə başlamış, Süsən ona məndən başqa məktəbdə heç bir işçi qalmayıb, məndə çəkib sosial şəbəkədə paylaşacam sözünü deyəndə o Süsənin əlindən mobil telefonu almış və Azərbaycan Respublikas DİN-nin 102 xidmət zəng mərkəzinə məlumat vermək istəyən zaman Süsən onun telefonunu əlindən alıb yerə çırpmış, daha sonra onu yerə yıxıb qolunu sıxdığı üçün qolundan xəsarət almışdır. Bundan başqa Süsən onu təhqir edərək hədələmiş, onun peşə nüfuzuna xələl gətirmiş və təhsil idarəsində, təhsil verənlərin etik davranış qaydalarını pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar əbul edilməsini xahiş etdi. Məhkəmə iclasında baxış keçrilmiş videogörüntüdən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etmiş və bir-birlərinin üzərinə yeriyərək əlbəyaxa olmuşdurlar. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 891 saylı rəyinin surətindən görünür ki, 1995-ci il təvvəlüdlü Zərərçəkmiş şəxs sol bazu nahiyyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 07 dekabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnun törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnun inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnun barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1866/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1866/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver