Məhkəmə qərarları › İş №3(073)-187/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-187/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-187/2025 04.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2025-ci il tarixli, EQ 25747829 saylı qərarının ləğv edilməsinə dair verilmiş şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xətanı törətmiş şəxs X1 İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2025-ci il tarixli, EQ 25747829 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət elektron qərardan verilsə də, həmin 26 yanvar 2025-ci il tarixli, EQ 25747829 saylı elektron qərarın və istinad olunmuş protokolun surəti iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta törətmiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 115.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki ki, X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2025-ci il tarixli, EQ 25747829 saylı qərarının ləğv edilməsinə dair şikayəti qanunla müəyyən edilmiş müddəti ötürdüyündən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddəsini rəhbər tutaraq... Qərara aldı: X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 26 yanvar 2025-ci il tarixli, EQ 25747829 saylı saylı qərarının ləğv edilməsinə dair şikayəti qanunla müəyyən edilmiş müddəti ötürdüyündən geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar