Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-192/2025 20.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X2 Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Yol Patrul Xidmətinin baş inspektoruZeynalov Əli Zeynalabdin oğlu tərəfindən tərtib edilmiş 30 noyabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair verilmiş şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xətanı törətmiş şəxs X1 İşlər Nazirliyinin Cəlilabad rayon Yol Patrul Xidmətinin baş inspektoruZeynalov Əli Zeynalabdin oğlu tərəfindən tərtib edilmiş 30 noyabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət elektron qərardan verilsə də, həmin 30 noyabr 2024-cü il tarixli, TP ******* saylı elektron qərarın və istinad olunmuş protokolun surəti iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta törətmiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Həmin məcəllənin 115.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Məhkəmə belə qənaətə gəlir ki, X2 Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Yol Patrul Xidmətinin baş inspektoruZeynalov Əli Zeynalabdin oğlu tərəfindən tərtib edilmiş 30 noyabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddəsini rəhbər tutaraq... Qərara aldı: X2 Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Yol Patrul Xidmətinin baş inspektoruZeynalov Əli Zeynalabdin oğlu tərəfindən tərtib edilmiş 30 noyabr 2024-cü il tarixli, TP ******* saylı saylı qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-192/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-192/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver