Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-199/2023 24.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Şahin oğlu – xx.xx.1962-ci ildə Cəlilabad rayonu, Qarakazımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarakazımlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1161/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs, X4 uşaqları ilə birlikdə X5 məxsus olan fərdi yaşayış evindən çıxmamaqla icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1161/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs, X4 uşaqları ilə birlikdə X5 məxsus olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh Ağayev X6 rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə tələbi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bilərəkdən icra etməməişdir. Asif X1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxmayaraq icra vərəqəsi üzrə tələbi bilərəkdən icra etməməişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1161/2018 saylı icra vərəqəsinə əsasən o, arvadı X4 və uşaqları ilə birlikdə X5 məxsus olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin ev bacısına məxsus deyil, evi rusiyada yaşayan qardaşı almışdır. Hazırda bacısı başqa bir kişi ilə ailə həyatı qurmuş və onun təsiri ilə onu evdən çıxarmaq istəyir. Ona icra vərəqəsinin icrası üçün dəfələrlə vaxt verilmiş, lakin o, bununla razılaşmır ona görə də evdən çıxmır. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə X5 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxması tələb olunsa da, cavabdeh Şəxs iddiaçı X5 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxmaqdan qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Şahin oğlu Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-199/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-199/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver