Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-2/2025 06.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1972-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 04 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 04 yanvar 2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstrədi ki, 03 aprel 2025-ci il tarixdə DİN-102 xidmətinə müraciət etmiş, müraciətində 9 ay əvvəl oğluna Alamniyada iş düzədilməsi üçün X1 12 min manat pul vermişdir. Lakin sonuncu vədinə əməl etmədiyinə görə oğlu 3 ay əvvəl Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciə edərərk, işinin Abşeron Rayon Polis İdarəsinə göndərilməsini xahiş etmiş, lakin nəticə olmadığına görə şikayət etmək istəmiş, zəng edən vaxt içkili olduğundan xoşagəlməz ifadələr işlətmiş, həmin vaxt özündə olmadıqından nə dediyini xatırlamır. Əməlindən səmimi peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, DİN-102 xidmətinə Cəlilabad rayonu, Sabirabad kənd sakini Şəxs zəng edərək 9 ay əvvəl oğluna Alamniyada iş düzədilməsi üçün X1 12 min manat pul verməsi, lakin sonuncu vədinə əməl etmədiyinə görə oğlu 3 ay əvvəl Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciə etmiş, işinin Abşeron Rayon Polis İdarəsinə göndərilməsini xahiş etmiş, lakin nəticə olmaması ilə bağlı müraciətindən sonra məlumat verməməsinə görə ittihamlar edərək, təhqiredici ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsi izahatının alnıması və barəsində qanunamüvafiq tədbir görülməsindən ötrü RPŞ-yə dəvət olunmuşdur. Onunla izahedici söhbət aparılan zaman etdiyi hərəkətlərdən nəticə çıxarmaq əvəzinə daha da aqresiv formada hərəkətlər edərək RPŞ-nin inzibati binasında səs-küy salıb, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və şöbənin iş rejmini pozmuşdur. Daha sonra həmin şəxsi nizam intizama dəvət edib, səs-küy salmamasını bildirsələr də, həmin şəxs onların sözlərinə qəsdən məhəl qoymayaraq ünvansız nalayiq nalayiq ifadələr işlətmişdir. Buna görə onlar həmin şəxsə etdiyi əməlin hüquq pozuntusu olduğunu izah edib, yenidən onu nizam intizama dəfət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 4-5 dəqiqə ərzində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, DİN-102 xidmətinə Cəlilabad rayonu, Sabirabad kənd sakini Şəxs zəng edərək 9 ay əvvəl oğluna Alamniyada iş düzədilməsi üçün X1 12 min manat pul verməsi, lakin sonuncu vədinə əməl etmədiyinə görə oğlu 3 ay əvvəl Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciə etmiş, işinin Abşeron Rayon Polis İdarəsinə göndərilməsini xahiş etmiş, lakin nəticə olmaması ilə bağlı müraciətindən sonra məlumat verməməsinə görə ittihamlar edərək, təhqiredici ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsi izahatının alnıması və barəsində qanunamüvafiq tədbir görülməsindən ötrü RPŞ-yə dəvət olunmuşdur. Onunla izahedici söhbət aparılan zaman etdiyi hərəkətlərdən nəticə çıxarmaq əvəzinə daha da aqresiv formada hərəkətlər edərək RPŞ-nin inzibati binasında səs küy salıb, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və şöbənin iş rejmini pozmuşdur. Daha sonra həmin şəxsi nizam intizama dəvət edib, səs-küy salmamasını bildirsələr də, həmin şəxs onların sözlərinə qəsdən məhəl qoymayaraq ünvansız nalayiq nalayiq ifadələr işlətmişdir. Buna görə onlar həmin şəxsə etdiyi əməlin hüquq pozuntusu olduğunu izah edib, yenidən onu nizam intizama dəfət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 4-5 dəqiqə ərzində davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 04 yanvar 2025-ci il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-2/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-2/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver