Məhkəmə qərarları › İş №3(073)-200/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-200/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-200/2023 10.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-də baş mühasib işləyən, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əsgərov X1 rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(073)-1458/2021 saylı вя xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1458/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 3150 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. Bundan başqa Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər X3 və X4 vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İcra sənədləriin məcburi icrası üçün tutma cavabdehin əmək haqqına yönəldilmiş və icra edilməsi üçün bildiriş Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndəliyinə göndərilmişdir. Həmin nümayəndəlikdə baş mühasib işləyən Şəxs tutmanın cavabdehin əmək haqqına yönəldilməsini təmin etməmiş və nəticədə 2022-ci ilin noyabr, dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə cavabdehin əmək haqqından tutularaq tələbkara ödənilməsi təmin edilməmişdir. Buna görə də baş mühasib vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1458/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 3150 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. Bundan başqa Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər X3 və X4 vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. Özü Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-də baş mühasib işləyir. Cəlilabad rayon məhkəməsinin icra sənədləri üzrə tutulmaların aparılması üçün bildiriş nümayəndəliyə daxil olduqdan sonra tutma borclunun əmək haqqına yönəldilmiş və 2022-ci il üzrə avqust, sentyabr və oktyabr ayları üzrə borclunun əmək haqqından tutulmaların aparılması təmin edilmişdir. Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndə işləyən borclu X6 2022-ci ilin noyabr ayından məzuniyyətdə olduğuna görə həmin ay və sonrakı aylar üçün tutmanın borclunun əmək haqqına yönəltməli olduğunu bilməmişdir. Bu səbəbdən həmin icra sənədлярinin icrası təmin edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 1458/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X3 3150 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X3 və X4 vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Азярбайъан Республикасынын Инзибати Хяталар Мяъяллясинин 528.3-ъц маддясиня ясасян бorclunun hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Щямин маддянин мязмунундан эюрцнцр ки, Азярбайъан Республикасынын Инзибати Хяталар Мяъяллясинин 528.3-ъц маддясиндя нязярдя тутулмуш инзибати хятанын субйекти бorclunun hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı ола биляр. Иш материалларындан мцяййян едилир ки, барясиндя инзибати хята щаггында иш цзря иъраат апарылан шяхс Ясэяров Салман Сейидаьа оьлу Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-də baş mühasib ишляйир вя щазыркы иш цзря инзибати хятанын субйекти дейилдир. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati хята тяркиби olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar