Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-201/2025 12.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, X1 iştirakı ilə, DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26015553 nörməli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 DİN-in BDYPİ-in xx.xx.2025-ci il tarixli, EQ26015553 nörməli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X3 həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəni müdafiə eərək, izahatında göstərmişdir ki, o (şikayətçi), xx.xx.2025-ci il tarixində Cəlilabad rayon İcra və Probasiya şöbəsinə gələrkən avtomobili şöbənin inzibati binasının qarşısında saxlayarkən bilməyərəkdən parklanma qaydalarını pozmuşdur. O, bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin DİN-in BDYPİ-in əməkdaşları onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qərar tərtib etməklə, onu 80 (səksən) manat inzibati cərimə etmişlər. Barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarı əsassız hesab edir. Belə ki, hesab edir ki, onun avtomobilini saxladığı yer parklanma yeridir, parklanmas qaydasını pozduğuna görə isə başqa bir maddə ilə məsuliyyətə cəlb edilə bilərdi. Hazırki qərar onun avtomobilini yolun hərəkət hissəsinin ikinci cərgəsində saxlamasına görə tərtib edilmişdir, halbuki hesab edir ki, yol dedikdə magistral yol başa düşülür. Qeyd olunanların nəzərə alınaraq onun (şikayətçinin) barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ26015553 nörməli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İşdə olan DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26015553 nörməli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, X3 DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26015553 nörməli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin qərarın əsassız olmasını təsdiq edən hallarla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tənbeh vermə haqqında qərardan görünür ki, şəxs avtomobilini həqiqətən də yolun hərəkət hissəsinin ikinci cərgəsində park etmişdir. Həmin yol isə avtomobillərin hərəkəti üçün müəyyən edilmiş yoldur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkər hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci bəndinə görə, “yolun hərəkət hissəsi” yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26015553 saylı inzibati xəta haqında iş üzrə qərarın əsassız və ya qanunsuz olması müəyyən edilməmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60, 110 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-intərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26015553 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Cəlilibad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-201/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-201/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver