Məhkəmə qərarları › İş №3(073)-206/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-206/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-206/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23844491 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844493 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844499 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844496 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğvi barədə şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23844491 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844493 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844499 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844496 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o (şikayətçi), “Elnur-2 UİKŞ” şirkətində işləyir. Həmin şirkət yolların təmiri və tikinti işlərini həyata keçirir və balansında yükdaşıma fəaliyyətinin həyata keçirilməsi üçün yük avtomobilləri vardır. O, həmin şirkətin işçisi olduğu üçün həmin avtomobillərdən yük daşıması üçün istifadə edir. O, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844491 saylı qərarı ilə yükdaşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat, 28 sentyabr 2024-cü il tarixli, EQ 23844495 saylı qərarı ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat, 28 sentyabr 2024-cü il tarixli, EQ 23844496 saylı qərarı ilə yükdaşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat, 28 sentyabr 2024-cü il tarixli, EQ 23844499 saylı qərarı ilə yolda müəyyən edilmiş hərəkət sürətini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat və 28 sentyabr 2024-cü il tarixli, EQ 23844493 saylı qərarı ilə yükdaşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərarlar düzgün deyil və əsassız olaraq tərtib edilmişdir. Həmin qərarda inzibati xətaların törədildiyi vaxt müxtəlif tarixlər göstərilsə də, elektron qərarlarda 28 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi elektron qərarlar inzibati xətanın törədildiyi vaxtdan 5 aydan artıq müddət keçdikdən sonra tərtib edilmişdir. Halbuki, həmin qərarlar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli idi. Odur ki, şikayətin təmin edilərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23844491 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844493 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844499 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844496 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayət vermiş şəxs X3 və qərarı barəsində şikayət verilmiş BDYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən eyni gündə eyni inzibati orqanın müxtəlif qərarlarından şikayətlər daxil olduğu üçün, həmin işlərə bir icraatda baxılmasını mümkün hesab edərək şikayətlərə bir icraat daxilində baxılması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Bununla bağlı məhkəmə prosessual qənaət prinsipi ilə yanaşı İXM-in 34.2-ci maddəsinin tələbini də analogiya üzrə nəzərə almışdır. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətlər əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844491 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 07 aprel 2024-cü il tarixində saat 14:44-də Astara rayonu Ərçivan qəsəbəsində KAMAZ 65115-01813 yük markalı **-JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844495 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 09 sentyabr 2024-cü il tarixində saat 14:45-də Astara rayonu Pensər kəndində KAMAZ 65115-01813 yük markalı **-JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844496 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 31 mart 2024-cü il tarixində saat 16:51-də Astara rayonu Telman kəndində KAMAZ 65115-01813 yük markalı **-JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844499 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 13 sentyabr 2024-cü il tarixində saat 15:31-də Astara rayonu Pensər kəndində KAMAZ 65115-01813 yük markalı **-JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən müəyyən olunmuş sürət həddini aşması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 10 manat məbləğində cərimə edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844493 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 04 aprel 2024-cü il tarixində saat 22:47-də Astara rayonu Kijəbə 3 yolda KAMAZ 65115-01813 yük markalı **- JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Ərçivan qəsəbəsi, vaxtı isə 07 aprel 2024-cü il, saat 14:44 qeyd edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Pensər kəndi, vaxtı isə 09 sentyabr 2024-cü il, saat 14:45 qeyd edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Telman kəndi, vaxtı isə 31 mart 2024-cü il, saat 16:51 qeyd edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Pensər kəndi, vaxtı isə 13 sentyabr 2024-cü il, saat 15:31 qeyd edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Kijəbə 3 yol, vaxtı isə 04 aprel 2024-cü il, saat 09:22 qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, X3 barəsində 07 aprel 2024-cü il tarixdə saat 14:44-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, 09 sentyabr 2024-cü il tarixdə saat 14:45-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə, 31 mart 2024-cü il tarixdə saat 16:51-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, 13 sentyabr 2024-cü il tarixdə saat 15:31-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə və 04 aprel 2024-cü il tarixdə saat 22:47-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında elektron qərarlar 28 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Nəticədə həmin inzibati tənbeh vermə haqqında qərarların real vaxt rejimində tərtib olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23844491 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844493 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844499 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844496 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayətləri təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23844491 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844493 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844499 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23844496 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar