Məhkəmə qərarları › İş №3(073)-208/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-208/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-208/2023 02.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1973-cı ildə Cəlilabad rayonu, Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ocaqlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 02 mart 20223-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saaat 23:00 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən yaşadığları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxsnın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saaat 23:00 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən yaşadığları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saaat 23:00 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən yaşadığları evdə əri Şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs onu vuraraq xəsarət yetirmişdir. Hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə gələrək Şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 758 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sağ əlinin 2-ci barmağında kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarət kəsici əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə Zərərçəkmiş şəxsnun barışdıqlarını və ər arvad olmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar