Məhkəmə qərarları › İş №3(073)-210/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-210/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-210/2025 24.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi Vəliyev Osman Akif oğlu, X3 tərəfindən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdim: X1 DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 23844495 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəzərə alaraq ki, işin: - baxılması hakimin səlahiyyətinə aiddir. - baxılması istisna edən hallar yoxdur. - protokol və işin digər materialları Məcəllənin tələblərinə uyğun tərtib edilmişdir. - icraatı rədd edən hallar yoxdur. - mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır. - vəsatətlər və etirazlar yoxdur. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin icraatında olan, şikayətçi X2 şikayət ərizəsi üzrə 3(073)-210/2025 saylı inzibati xəta haqqında başqa bir iş də olduğundan, həmin işin 3(073)-206/2025 saylı inzibati xəta haqqında işə birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara verdim: Cəlilabad rayon məhkəməsinin icraatında olan, şikayətçi X2 şikayət ərizəsi üzrə 3(073)-210/2025 saylı inzibati xəta haqqında iş 3(073)-206/2025 saylı inzibati xəta haqqında işə birləşdirilsin. İşə 06 mart 2025-ci il tarixdə, saat 11:40-da Cəlilabad rayon məhkəməsinin binasında şikayətçi X2 iştirakı ilə baxılsın. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar