Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-22/2025 07.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Babalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 05 yanvar 2025-ci il tarixdə X4 Mərkəzində ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində edilən şikayət tamami ilə yalandır, İsabala Sultanov ona şər və böhtan atır. O, İsabala Sultanovu söyüb təhqir etməmişdir. Torpaq sahəsinə dərman ala bilmədiyi üçün əsəbi olduğundan ucadan danışmışdır. Ona görə də əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahatında göstərdi ki, X4 Mərkəzinnin rəisi vəzifəsində işləyir. Onlar kəndli-fermerlərin əkin sahəsində mövcud olan zərəvericilərə qarşı müraciətləri əsasında dərman paylayırlar. Cəlilabad rayonu, Babalı kənd sakini X2 idarəyə gələrək DAİM-nin bitkiçilik sektor müdrinin iştrakı ilə 50 ha torpaq sahəsinə dərman götürmüş və bununla kifayətlənməmiş hər gün gələrək 1 kq dərman tələb edərərk onlara hədə-qorxu gəlmiş və hay küy salaraq onların iş rejmini pozmuşdur. Ona görədə Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-22/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-22/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver