Məhkəmə qərarları › İş №3(073)-220/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-220/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-220/2025 23.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakları ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “ÜLAY beauty studio” adlı obyektin reklam yayıcısı X4 barəsində Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 fevral 2025-ci il tarixli, MN ******* seriya və nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 19 fevral 2025-ci il tarixdə saat 14:19 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “ÜLAY beauty studio” adlı obyektin reklam yayıcısı X13 tərəfindən icazə sənədlərinin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da reklam yayıcısı X13 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X1 Ülkər Fəyyaz qızının vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyət cəlb edilməsini və barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Hesab etmişdir ki, şəxs tərəfindən inzibati xəta törədilməsi iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 verdiyi ifadəsində göstərmişdir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Protokol onun iştirakı və imzası olmadan tərtib edilib, surəti ona təqdim edilməyib, ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, səhhətindəki problemləri ilə əlaqədar bir müddət obyekti işlətməmişdir. Obyektlə bağlı bütün işləri isə əri icra etmişdir. Reklam agentliyinin nümayəndələri obyektə gələrkən onunla kobud davranmışlar, o isə əməkdaşlara əri ilə əlaqə saxlamalarını bildirmişdir. Sonradan isə müalicə ilə bağlı işindən müvəqqəti kənarlaşmışdır, daha sonra isə cərimə edildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsində baş müfəttiş vəzifəsində işləyir. Bir neçə dəfə gəlib xəbərdarlıq ediblər, hər dəfəsində “bugün-sabah ödəyərik” deyib əməkdaşları aldadıblar. Sonuncu dəfə vəziyətlərinin pis olmasını deyib onlara vaxt verilməsini istəyiblər. Protokol tərtib edilən gün obyektə getmişlər, Nəsirova Ülkərin əri X12 ilə əlaqə saxlamışlar, o da ödənişləri 1 saat içində edəcəyini bildirmişdir. Onlar 1 saat, hətta daha çox gözləsələr də heç bir ödəniş edilməmişdir və buna görə də müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 şahid X2 ifadəsinə uyğun izahat vermişdir. Bildirmişdir ki, X7 İdarəsində reklam fəaliyyətinin monitorinqi şöbəsinin müdiri vəzifəsində işləyir. Protokol tərtib edilən tarixdə obyektə getmişlər və Nəsirova Ülkərin əri Nəsirov Nizami ilə danışmışlar. Nəsirov Nizami onlara Bakıda olduğunu, 1 saat içində ödəniş edəcəyini bildirmiş, onlar da gözləmişdir. Lakin 1 saatdan da artıq vaxt keçməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir, hətta sonradan telefon zənglərinə cavab verməmişdir. Əvvəllər də bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq şəxs icazə haqlarını ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, reklam yayımı üçün icazəni 2024-cü ilin oktyabr ayında əldə ediblər. Oktyabr və noyabr aylarında aylıq ödənişləri etsələr də sonradan ödəniş etməmişdirlər. Buna səbəb obyektin uzun müddət işləməməsi və Nəsirova Ülkərin sağlamlığı ilə məşğul olmaları olmuşdur. 70-80 manat ödənilməmiş icazə haqqına görə 1500 manat məbləğində cərimə edilmələri ədalətsizdir. İşdə olan: - xx.xx.2024-cü il tarixli, İ**********0001 saylı “Açıq məkanda reklam yerləşdirilməsinə İcazə”dən görünür ki, X8 İdarəsi tərəfindən X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər fasad reklamlarının yerləşdirilməsinə icazə verilmiş, icazə haqqı aylıq 2.50 manat olmaqla 15 manat müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli, İ**********0002 saylı “Açıq məkanda reklam yerləşdirilməsinə İcazə”dən görünür ki, X8 İdarəsi tərəfindən X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər fasad reklamlarının yerləşdirilməsinə icazə verilmiş, icazə haqqı aylıq 12.50 manat olmaqla 75 manat müəyyən edilmişdir; - İcazə sənədlərinə əlavə edilmiş fotoşəkillərdən sözügedən reklam fasadlarının yayımlandığı görünür; - xx.xx.2025-ci il tarixli baxış aktı və həmin gün tarixli imtina aktından görünür ki, idarənin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, reklam yayıcısı tərəfindən reklamların yayım haqqı ödənilmədən yayımlanması faktı aşkar edilmişdir, X13 baxış aktını, hüquq və vəzifələr haqqında bildirişi və inzibati xəta haqqında protokolu imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir; - “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X13 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). Məhkəmə iş materiallarını, tərəflərin izahatını və şahidlərin ifadələrini nəzərdən keçirərək hesab edir ki, X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs reklam yayımı üçün icazə haqqınının ödənişini 2024-cü ilin oktyabr və noyabr ayında etsə də, sonradan hər hansı ödəniş etməmişdir və qalıq ödənişlərin də edilməsinin zəruri olduğunu bilmişdir. Bu hal həm barəsində protokol tərtib edilən şəxsin, həm onun nümayəndəsi olan ərinin, həm də inzibati orqanın nümayəndələrinin izahatları ilə tam təsdiqini tapmışdır. Qalıq ödənişlərin edilməməsinin səbəbi kimi isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs obyektin işləmədiyini, gəlirin az olduğunu və səhhətindəki problemləri göstərmişdir ki, məhkəmə hesab edir ki, bu hallar inzibati məsuliyyəti aradan qaldıran hallar hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, maddənin dispozisiyasında “yazılı göstərişin tələblərinin yerinə yetirilməməsi” müəyyən edilməsə də, inzibati orqan bu hissədə də öhdəliyini yerinə yetirmişdir. Belə ki, yazılı göstəriş aşkar edilmiş nöqsanlar barədə şəxsin xəbərdar edilməsi və həmin nöqsanların yazılı göstərişdə müəyyən edilən müddət ərzində aradan qaldırılmasına xidmət edir ki, məhkəmə hesab edir ki, inzibati orqan bu hissədə də öhdəliyini lazımınca yerinə yetirmişdir. Bu hal, yəni X4 icazə haqlarını ödəmədiyi və ödəməli olmalı olduğunu bilməsi barəsində icraat aparılan şəxsin özünün və şahidlərin ifadə və izahatları ilə tam təsdiqini tapmışdır, hətta ödənişlər üçün inzibati orqan tərəfindən ona bir neçə dəfə möhlət də verilmişdir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın tələblərinə əmək edilərək icazə verilməsi və nəzarət funksiyaları icra edilmiş, vəzifəli şəxsə müxtəlif reklam fasadların yayımlanması icazələri verilmiş və hər biri üçün reklam yayım haqqı müəyyən edilmişdir, lakin vəzifəli şəxs tərəfindən həmin haqq ödənilməmişdir, bununla da tərəfindən icazələrin tələbələri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “ÜLAY beauty studio” adlı obyektin reklam yayıcısı X4 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar