Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-226/2025 26.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs– xx xxxx 1987-ci il tarixdə Cəlilabad rayon Prişib şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-nin Göytəpə Polis bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 25 yanvar 2025-ci il tarixdə saat 13 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında özünü barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onu söyüb təhqir etməsiylə bağlı Göytəpə Polis bölməsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət yalan və böhtandır. O, 25 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxslə Göytəpə şəhəri ərazisində rastlaşmamış və onunla heç bir dialoqu olmamışdır. Zərərçəkmiş şəxs sosial şəbəkələrdə onun barəsində həqiqətə uyğun olmayan paylaşımlar etmiş, lakin o, həmin paylaşımlara heç bir reaksiya verməmişdir. Zərərçəkmiş şəxs onun barəsində şikayəti bloger Orxan Aslanlıdan pul alaraq qərəzli şəkildə etmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 25 yanvar 2025-ci il tarixdə Göytəpə şəhəri Qurtuluş küçəsində Bəxtiyar adlı şəxsin yanında onun şəxsiyyətinə və dövlətin ona verdiyi “qazi” statusuna qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, Şəxs heç bir söz demədən oradan uzaqlaşmışdır. Lakin həmin vaxt Şəxs ona qarşı aqressiv şəkildə söyüşlər söyməyə davam etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərdi ki, 25 yanvar 2025-ci il tarixdə Göytəpə şəhəri Qurtuluş küçəsində Şəxs Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətdiyini görmüşdür. Zərərçəkmiş şəxs Turala onu niyə söydüyünü soruşduqda isə Tural daha da ağır söyüşlər söyərək Farizin “qazi” statusunu təhqir etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta Zərərçəkmiş şəxs izahatı , iş üzrə dindirilmiş şahid ifadəsi, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 fevral 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-226/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-226/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver