Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-228/2024 14.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs – xx.xx.1980-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 14 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 14 fevral 2024-cü il tarixdə Şəxs tərəfindən döyülmüşdür. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs X4 izahatında bildirdi ki, Şəxs 14 fevral 2024cü il tarixdə, saat 23:00 radələrində onun yaşadığı evə gəlmiş və onun yaşadığı evdən çıxmasını tələb etmiş, o buna etiraz etdikdən sonra Şahin onu hədələmiş və yumruqla onun sifət nahiyəsinə vurmuş sonra isə saçından tutaraq əli ilə sağ göz nahiyəsinə vurmuşdur. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, Ağgül Dolayevanı vurmamışdır. 14 fevral 2024-cü il tarixdə, saat 23:00 radələrində mübahisə olan zaman Ağgül Dolayevanı görməmişdir, Ağgül Dolayeva yaşadıqları evin darvazasının arxasında dayınıbmış, o Ağgülün həyat yoldaşı Zaur ilə mübahisə etmişdir. Əlavə olaraq bildirdi ki, Ağgülün üz nahiyəsində olan izlər isə təxminən 1 ay əvvəl Zaur Məhərrəmov içkili vəziyyətdə həyətdə həyat yoldaşı Ağgülü döyməsi nəticəsində həmən izlər yaranmışdır. Sonda o, X4 ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 20 fevral 2024-cü il tarixli, 104 saylı rəyində göstərilir ki, X1 gözyuvası ətrafında və hər iki bazu nahiyəsində qançır, sağ dirsək oynağı nahiyəsində sıyrıq müəyyən olundu, qərarda qeyd olunan tarixə 15 fevral 2024-cü l tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə zərərçəkmiş şəxs X2 barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X4 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-228/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-228/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver