Məhkəmə qərarları › İş №3(073)-234/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-234/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-234/2024 18.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1967-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 18 mart 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şükürov X1 şəhərində Silsilə adlanan ərazidə Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, həmişə normal münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radlərində Zərərçəkmiş şəxs istifadə etdiyi mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuş, o isə ona Cəlilabad şəhər H.Əliyev propektində “Sil-Silə” adlanan ərazidə olan çayxanada olduğunu demişdir. Ona çayxadan küçəyə çıxmağını və ona söz deyəcəyini bildirmiş, idarə etdiyi avtomobil ilə Cəlilabad şəhər H.Əliyev prsopektində olan “Sil-silə” adlanan əraziyə çatanda Vidadinin həmin yerə yaxınlşadığını görmüş, həmin vaxtı onun avtomobilində bacısı oğlu Ruslan Əhmədov da olmuşdur, onlar həmin yerə çatıqdan sonra avtomobildən yerə düşdülər və Vidadiyə “sən mənim və dostum barəsində ictimai yerdə ailə söhbətlərimizi etmisən” demiş, Vidadi əvvəlcə bunu inkar etsə də sonradan ona “bəlkə də bu barədə danışmışam” demiş, bundan sonra Vidadiyə “adam kişi olar, bu nə sözdür orda burda danışırsan” demiş, Vidadi isə bundan sonra ona yumruq atmaq istəmiş, bacısı oğlu Ruslan onun qarşısını almış,bundan sonra Vidadi ona hədə qorxu gələrək mobil telefonu ilə kiməsə zəng etmiş, sonra ona həmin yerdə gözləməyini və qısa müddət ərzində geri qayıdacağını bldirmiş və oradan uzaqlaşaraq getmişdir, bacısı oğlu Ruslan Əhmədov ilə birlikdə həmin yerdə Vidadini təxminən 5 dəqiqə gözlədikdən sonra Vidadinin gəlmədiyini görüb oradan uzaqlaşaraq getmişdirlər. Həmin vaxtı Vidadini döyməmiş,ona hər hansı bir xəsarət yetirməmişdir, həmçinin onun ünvanına nalayiq ifadələr işlətməmişdir, bundan başqa həmin vaxtı içkili olmamış, onun bu barədə dedikləri yalan və böhtandır. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs uzun müddətdir ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, həmişə normal münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radlərində Şəxs onun istifadə etdiyi mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuş, ona Cəlilabad şəhər H.Əliyev propektində “Sil-Silə” adlanan ərazidə olan çayxanada çay içdiyini demişdir. Rizvan ona çayxadan küçəyə çıxmağını və ona nə isə deyəcəyini bildirmiş, Rizvanın bu sözlərindən sonra əyləşdiyi çayxanadan küçəyə çıxmış, bundan təxminən 1-2 dəqiqə sonra Rizvan avtomobili ilə həmin yerə gəlmişdir. Rizvan əvvəlcə özü avtomobilndən düşmüş və sonra avtomobildə sərnişin kimi əyləşən sonradan onun Rizavanın bacısı olduğunu öyrəndiyi şəxsin avtomobildən düşdüyünü, həmin vaxtı Rizvanın içkili olduğu, onun yanında olan bacısı oğlunun isə içkili olub-olmadığını bilməmiş, bundan sonra Rizvan ona “səndən söz soruşmağa gəlmişəm, sən burda kiməsə demisən mən İrana gedib getməmişəm” dediyini, Rizvanın və onun yanında olan bacısı oğlunun aqressiv olduqlarını hiss etdiyi üçün Rizvanla yumuşaq danışmağa başlamış, lakin Rizvan onun sözlərinə heç bir əhəmiyyət verməyərək yenə də onunla mübahisə etməyə davam etmiş, orada hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün oradan uzaqlaşmaq istəmiş, bu zaman Rizvan sağ əli ilə onun boyun nahiyyəsinə bir zərbə vurmuş, bundan sonra ona tərəf çevrilərək “yekə kişisən bu nə hərəkətdir edirsən” demiş, Rizvan isə yenə onun sol qol nahiyyəsinə bir zərbə vurmuş, bundan sonra orada olan Rizvanın bacısı oğlu onun qolundan tutub saxlamış, lakin ona hər hansı bir xəsarət yetirməmişdir. Bu müddət ərzində Rizvan isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona buna görə iradını bildirmiş və oradan piyada uzaqlaşmışdır, Rizvanın bacısı oğlu isə ona ”əmi dayım içkilidir, həm də ürəyində problem var ona baş qoşma” demiş, ona “sən bizim bacımız oğlusan, kişisən burada olanları gördün” demişdir, daha sonra bu barədə Cəlilabad rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hadisə qısa müddət ərzində baş vermiş, hadisə zamanı Şəxs hər hansı bir xəsarət yetirməmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 75 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs boyunun sağ yan səthində qançır müəyyən olundu, müəyyən olunan çapıq bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 29 fevral 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar