Məhkəmə qərarları › İş №3(073)-234/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-234/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-234/2025 14.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair verilmiş şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xətanı törətmiş şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. İnzibati xəta törətmiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 115.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti qanunla müəyyən edilmiş müddəti ötürdüyündən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddəsini rəhbər tutaraq... Qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2025-ci il tarixli, MN ******* saylı saylı qərarının ləğv edilməsinə dair şikayəti qanunla müəyyən edilmiş müddəti ötürdüyündən geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar