Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-240/2025 03.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İcra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – 14 avqust 1988-ci il tarixdə Cəlilabad rayonu Babalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Babalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)-1645/2024 saylı icra vərəqəsinə əsasən 36.790 manat əsas borc və 201 manat məbləğində dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X1 ödənilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş, Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)- 1645/2024 saylı icra vərəqəsi üzrə borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)-1645/2024 saylı icra sənədinin icrası müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Şəxs icra vərəqəsi üzrə bu günədək ödənilməmiş 36991 borcu vardır. Bu borcun ödənilməsi Şəxs tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)-1645/2024 saylı icra vərəqəsinə əsasən 36.790 manat əsas borcun və 201 manat məbləğində dövlət rüsumunun ondan alınaraq tələbkar X1 ödənilməsi qət edilmişdir. Lakin onun tələbkara olan borcu 36.790 manat deyil, 17100 manatdır. Tələbkara olan borcunu tam ödəməyə maddi imkanı çatmır. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta onun izahatı, Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)-1645/2024 saylı icra vərəqəsi, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-2(121)-1645/2024 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Şəxs 36.790 manat əsas borc və 201 manat məbləğində dövlət rüsumu alınaraq cavabdeh X1 verilməlidir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli “Borclunun axtarışı barədə” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 03 mart 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-240/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-240/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver