Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-243/2025 04.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1969-cu ildə Cəlilabad rayonu Mirzəli kəndində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1473/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 20.000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X3, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 1564/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 41881,14 manat borc alınaraq tələbkar "xxxx" KB ASC-nin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1421/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 685.6 manat alınaraq tələbkar “Azəriqaz” İB-nın hesabına və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-1274/2023 saylı icra vərəqəsinə əsasən isə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətməsinə görə 500 manat cərimə ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)- 1473/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 20.000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X3, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1564/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 41881,14 manat borc alınaraq tələbkar "xxxx" KB ASC-nin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1421/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 685.6 manat alınaraq tələbkar “Azəriqaz” İB-nın hesabına və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-1274/2023 saylı icra vərəqəsinə əsasən isə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətməsinə görə 500 manat cərimənin ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs borclarından heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, ondan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1473/2020 saylı icra vərəqəsinə əsasən ondan cəmi 20.000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X3, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1564/2021 saylı icra vərəqəsinə əsasən ondan cəmi 41881,14 manat borc alınaraq tələbkar "xxxx" KB ASC-nin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)- 1421/2019 saylı icra vərəqəsinə əsasən ondan cəmi 685.6 manat alınaraq tələbkar “Azəriqaz” İB-nın hesabına və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-1274/2023 saylı icra vərəqəsinə əsasən isə ondan Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 manat cərimənin ödənilməsi qət edilmişdir. Hazırda həmin borclardan ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 04 mart 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-243/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-243/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver