Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-244/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1959-cu il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 28 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Cəlilabad rayon Alar kənd sakini Şəxs 04 mart 2024-cü il tarixdə saat 22:00 radələrində yaşadığı Alar kəndindəki evinin həyətində qardaşı X1 təhqir edərək iştimai asayişi pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 04 mart 2024-cü il tarixdə saat 22:00 radələrində qardaşı Rəcəb Malikov ilə aralarında söz ilə mübahisə olmuş, həmin vaxtı Malik Rəcəbovun onun sinə nahiyəsinə yumruq vurduqdan sonra yerə yıxılmış və nəticədə sol qol nahiyəsindən xəsarət almışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 04 mart 2024-cü il tarixdə saat 22:00 radələrində qardaşı Şəxs Xosu oğlunun onun yaşadığı ünvanın həyətinə gələrək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş və əlində olan çəkic ilə onu hədələmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmişin və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlində səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-244/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-244/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver