Məhkəmə qərarları › İş №3(073)-244/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-244/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-244/2025 04.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1985-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Cavadxan küçəsində nömrəsiz evdə yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 04 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 02 yanvar 2025-ci il tarixdə, qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Şəxsnun bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə baldızının oğlunun evinə getmək üçün əri Şahin ilə birlkidə yaşadığı evdən çıxdıqdan sonra qonşusu Tamara onu səsləyərərk ünvanlarına nalayıq söyüşlər demiş, Şahin tamaraya biz öz yolunum ilə gedirik, bizi niyə söyürsən, sözünü demiş, o Şahinə Tamaraya fikir vermə gəl gedək sözünü demiş, bunda sonra Tamara yaxınlaşıb onu saçından tutaraq yerə yıxıb başına təpik vurmuş, Şahin və qonşusu Aytən onları ayırmışdır. Həmin vaxtı o Tamaranı vurmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında dayandığı vaxtı Şahin ilə arvadı Könülün evindən çıxaraq harasa getdiklərini görüb səslənərərk Şahinə sənin arvadın Könül mənim səsimi yazıb ona buna eşitdirir sözünü deyəndən sonra Şahin onun ünvanına nalayiq söyüşlər demiş, o Şahinə, arvadına cavab vermirsən məni söyürsən demiş, bu zaman Könül də onu təhqir etmiş, bundan sonra o Könül ilə dalaşmağa başlamış, bir birlərini saçını yolmaqla yanaşı bir birlərinə sillə vurmuşlar. Həmin vaxtı onuları qonşusu Aytən ayırmışdır. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 15 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs çənə nahiyyəsində və sağ əlinin 3-cü barmağında sıyrıq müəyyən olundu, qərarda qeyd olunan tarixə xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 18 yanvar 2025ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 39, 43, 53, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar