Məhkəmə qərarları › İş №3(073)-245/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-245/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-245/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X13 iştirakları ilə xx.xx.1980-ci ildə Cəlilabad rayonunun Pokrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Quliyev X2 rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-1105/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1105/2023 saylı icra vərəqəsinə əsasən 19 aprel 2023-cü il tarixdən başlayaraq 20 noyabr 2012-ci il təvəllüdlü X3, 17 may 2014-cü il təvəllüdlü X1 və 21 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməli, cavabdeh Şəxs 4500 manat dəyərində mebel dəsti (1 ədəd böyük masa, 6 ədəd stul, 1 ədəd xırda masa, 2 ədəd kreslo, 1 ədəd divan və mebel), 300 manat dəyərində 3 ədəd xalça, 150 manat dəyərində 5 ədəd yorğan, 200 manat dəyərində 5 ədəd döşək, 30 manat dəyərində 1 ədəd ət çəkən, 50 manat dəyərində 1 ədəd tozsovuran, 50 manat dəyərində 1 ədəd elektrikli soba, 100 manat dəyərində 1 ədəd televizor, 20 manat dəyərində 1 ədəd şirəçəkən, 20 manat dəyərində 1 ədəd mikser, 30 manat dəyərində 1 ədəd elektrikli samovar, 20 manat dəyərində 2 ədəd qəhvədan, 15 manat dəyərində 3 ədəd vedrə, 20 manat dəyərində 1 ədəd tabaq, 100 manat dəyərində 2 ədəd qazan dəsti, 100 manat dəyərində nahar dəsti, 30 manat dəyərində çay dəsti, 20 manat dəyərində ütü, 10 manat dəyərində ev qızdırıcısı, 60 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində 10 ədəd yasdıq, 60 manat dəyərində 2 ədəd adyal, 100 manat dəyərində qab-qaşıq dəsti, 70 manat dəyərində xrustal dəsti, 35 manat dəyərində bagema dəsti, 30 manat dəyərində sandıq, 100 manat dəyərində paltaryuyan maşın, 800 manat dəyərində qızıl dəsti (boyunbağı, qolbağ, sırğa və üzük), 100 manat dəyərində 2 qram çəkidə 583 əyarlı sadə qızıl üzük, 60 manat dəyərində 2 qram çəkidə 583 əyarlı uşaq üçün qolbağ olan qızıl-zinət əşyaları və cehiz əmlakları alınaraq iddiaçı X8 verilməli, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 7280 (yeddi min iki yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınıb iddiaçı X8 verilməli, iddiaçı tərəfindən ərizənin verilməsinə görə 76 (yetmiş altı) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X8 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi qismən icra etmiş, lakin yaranmış 4290 manat aliment borcunu və qızıl-zinət əşyalarının dəyərini, yəni 968 manat pulu ödəməkdən imtina etmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1105/2023 saylı icra vərəqəsinə əsasən 19 aprel 2023-cü il tarixdən başlayaraq 20 noyabr 2012-ci il təvəllüdlü X3, 17 may 2014-cü il təvəllüdlü X1 və 21 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməli, ondan 4500 manat dəyərində mebel dəsti (1 ədəd böyük masa, 6 ədəd stul, 1 ədəd xırda masa, 2 ədəd kreslo, 1 ədəd divan və mebel), 300 manat dəyərində 3 ədəd xalça, 150 manat dəyərində 5 ədəd yorğan, 200 manat dəyərində 5 ədəd döşək, 30 manat dəyərində 1 ədəd ət çəkən, 50 manat dəyərində 1 ədəd tozsovuran, 50 manat dəyərində 1 ədəd elektrikli soba, 100 manat dəyərində 1 ədəd televizor, 20 manat dəyərində 1 ədəd şirəçəkən, 20 manat dəyərində 1 ədəd mikser, 30 manat dəyərində 1 ədəd elektrikli samovar, 20 manat dəyərində 2 ədəd qəhvədan, 15 manat dəyərində 3 ədəd vedrə, 20 manat dəyərində 1 ədəd tabaq, 100 manat dəyərində 2 ədəd qazan dəsti, 100 manat dəyərində nahar dəsti, 30 manat dəyərində çay dəsti, 20 manat dəyərində ütü, 10 manat dəyərində ev qızdırıcısı, 60 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində 10 ədəd yasdıq, 60 manat dəyərində 2 ədəd adyal, 100 manat dəyərində qab-qaşıq dəsti, 70 manat dəyərində xrustal dəsti, 35 manat dəyərində bagema dəsti, 30 manat dəyərində sandıq, 100 manat dəyərində paltaryuyan maşın, 800 manat dəyərində qızıl dəsti (boyunbağı, qolbağ, sırğa və üzük), 100 manat dəyərində 2 qram çəkidə 583 əyarlı sadə qızıl üzük, 60 manat dəyərində 2 qram çəkidə 583 əyarlı uşaq üçün qolbağ olan qızıl-zinət əşyaları və cehiz əmlakları alınaraq iddiaçı X8 verilməli, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 7280 (yeddi min iki yüz səksən) manat məbləğində pul vəsaiti ondan alınıb iddiaçı X8 verilməli, iddiaçı tərəfindən ərizənin verilməsinə görə 76 (yetmiş altı) manat dövlət rüsumu ondan alınaraq X8 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. İcra sənədini qismən icra etmiş, lakin maddi imkanı olmadığından və tələbkar birgə nikahlarından doğulmuş uşaqlarını göstərmədiyinə görə 4290 manat aliment borcunu və həmçinin qızıl-zinət əşyalarının dəyərini, yəni 968 manat pulu tələbkara ödəyə bilməmişdir. Hazırda da yaranmış borcunu ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar