Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-247/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında 29 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs3 dərman almaq məqsədiylə 55 manat, 29 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 09 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq dələduzluq yolu ilə 100 manat və 29 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs2 340 manat pullarını alldadaraq mənimsəmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs3 dərman almaq məqsədiylə 55 manat pulunat, 23 mart 2024-cü il tarixlidə, Zərərçəkmiş şəxs1 aldadaraq 100 manat pulunu və 20 fevral 2024-cü il tarixli Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs2 340 manat pulunu mənimsəmişdir. Etdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024cü,xx.xx.2024-cü vəxx.xx.2024-cü il tarixli qəralarının surətlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs3 dərman almaq məqsədiylə 55 manat pulunu 29 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq dələduzluq yolu ilə 100 manat pulunu və 20 fevral 2024-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs2 340 manat pulunu alldadaraq mənimsəməsinə görə Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-247/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-247/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver