Məhkəmə qərarları › İş №3(073)-252/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-252/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-252/2024 16.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul edilmiş 19 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona 13 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə göndərilmiş və o, göndərilmiş məktubu 27 mart 2024-cü il tarixdə aldıqdan sonra məlumatı olmuşdur. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının protokolda qeyd edilən ünvana gəlmələrindən xəbərsiz olmuş, onların hansı səbəbdən fərdi yaşayış evində olduqları və orada nəyi aşkarladıqları ona aydın olmamışdır. O, qərarda qeyd edilən inzibati xətanı törətməmişdir. Həmin qurumun əməkdaşları protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşlar. Barəsində tərtib edilmiş qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassızdır. Odur ki, qeyd etdikləri nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 19 mart 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, həmçinin İnzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, həmçinin həmin sənədər məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 tərəfindən Cəlilabad şəhəri Yeni massiv, M.Hüseyn küçəsində xx.xx.2024-cü il tarixdə saat 14-15 radələrində mal-qara fermasından 5-7 metr məsafədə atmosferə atılan qaz (zərərli) qarışıqların miqdarının normadan artıq olduğuna görə Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 manat məbləğində cərimə olunmuşdur. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 19 mart 2024-cü il tarixli məktubdan görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmiş, cəriməni 30 gündən gec olmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq bank hesabına köçürülməsi ondan tələb edilmiş, əks təqdir qərarın məcburi icra olunması üçün aidiyyatı orqanlara göndəriləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Bələdiyyəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 107 nömrəli arayışdan görünür ki, X3 Cəlilabad şəhəri ərazisində heyvandarlıq təsərrüfatı yoxdur. Mal-qara saxlamaq fəaliyyəti ilə məşğul deyil və fərdi qaydada mal-heyvan saxlamır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilsə də, qeyd edilən inzibati xətanın X4 tərəfindən törədilməsi sübuta yetirilməmiş və məhkəmə tərəfindən protokolu tərtib etmiş orqana inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq iş üzrə yekun məhkəmə qərarı çıxarılan vaxtadək həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Cəlilabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar