Məhkəmə qərarları › İş №3(073)-254/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-254/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-254/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Həziabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Paşayev X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1361/2019 saylı icra vərəqəsinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(073)-1361/2019 saylı icra sənədinə əsasən 21 iyun 2019-cu ildən başlayaraq 04 dekabr 2014-cü ildə doğulmuş X2 və 13 avqust 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun icra sənədi üzrə hazırki vaxta 13280 manat aliment borcu yaranmışdır. Həmçinin qeyd etmişdir ki, borclu həmin icra sənədi üzrə daha əvvəl də Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(073)-1361/2019 saylı icra sənədinə əsasən 21 iyun 2019-cu ildən başlayaraq 04 dekabr 2014-cü ildə doğulmuş X2 və 13 avqust 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İşləmədiyi və maddi imkanı olmadığı üçün icra vərəqəsi üzrə aliment borcunu ödəyə bilməmişdir. Əvvəl də bu icra sənədinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir, cəza çəkdiyi dövrdə başqa bir cinayət də törətdiyinə görə azadlıqdan məhrum edilmişdir, keçən ilin avqust ayında azadlığa çıxıb. Sağlamlığında ciddi problem var, ona görə də işləyə bilmir. Hazırda da yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli icra sənədinə əsasən 21 iyun 2019-cu ildən başlayaraq 04 dekabr 2014-cü ildə doğulmuş X2 və 13 avqust 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Borclu Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 2022-ci ildə ödəniş etmişdir, onun xəstə olmasına inanmır, hesab edir ki, məhkəmədən və ya cəzadan yayınmaq üçün yalan danışır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, o, həmçinin valdeynlik vəzifələrini kobud surətdə pozmuşdur, uşaqlarının mənafeyi və onların saxlanma xərclərinin qarşılanması üçün hərəkətsizlik etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar