Məhkəmə qərarları › İş №3(073)-255/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-255/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-255/2024 25.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, X1 nümayəndəsi X7, Azərbaycan Respublikası X8 X4 nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X18 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X18 şikayət verərək, Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şkayətçi X9 nümayəndəsi X14 verdiyi izahatında göstərmişdir ki, şkayətçi X2 şəhəri, Mehdi Hüseyn küçəsi 207 ünvanda yerləşən ərzaq malları marketində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğul olur. X8 X4 əməkdaşları şikayətçinin işlədiyi obyektdə qanunsuz və əsassız yoxlama apararaq, bir neçə adda müddəti ötmüş məhsul aşkar olunduğuna görə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ilə 1500 (min beş yüz) manat cərimə tətbiq etmişlər. Yoxlamaya gələrkən şikayətçi onlara bildirmişdir ki, aparılacaq yoxlama haqqında Qərardan o Şirvan inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və yoxlamanın təxirə salınmasını xahiş etmişdir. Yoxlayıcılar buna məhəl qoymamış, yoxlama aparmışlar və İnzibati Xətalar Məcəlləsinin 447.0.2 maddəsinə əsasən 14 mart 2024-cü il tarixdə 1500 manat cərimə yazaraq qərar qəbul etmişlər. Təhmasib Həsənov həmin qərarı qanunsuz hesab edir. X21 vəzifəli şəxs deyil, fiziki şəxs kimi qeydiyyatdan keçmiş və tək işləyir. İkincisi, tərtib olunan bu qərar fiziki şəxsə aiddir və həmin Qərarda vəzifəli şəxs adı qeyd olunmamışdır. Bundan başqa, İnzibati İcraat haqqında Qanunun tələblərinə əsasən ünvanı düzgün göstərilməyən obyektdə aparılan yoxlama etibarsız hesab edilməlidir. Qərarda obyektin ünvanı da düzgün qeyd olunmamışdır. Qərarın 1-ci səhifəsinin sonuncu qrafasında “Qərara alınır” hissəsində “inzibati xətanı törətmiş fiziki şəxsin soyadı, adı və atasının adı” sözləri yazılmışdır. Deməli, bu Qərara əsasən tərtib edilən cərimə fiziki şəxsə tətbiq edilir və İXMnin 447.0.2-ci maddəsinə əsasən, fiziki şəxslər üç yüz manatdan beş yüz manata qədər cərimə oluna bilərlər. Lakin onlar qanunsuz və ədalətsiz olaraq şikayətçini fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi qeydə almış və fiziki şəxsə aid olan qərarla qanun pozuntusuna yol verərək 1500 (bir min beş yüz) manat cərimə yazmışlar. Bu səbəbdən də hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X8 X4 nümayəndəsi X19 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, LRB- 24/0234 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxalama aparılması qərara alınmış və Bölmənin xx.xx.2024-cü il tarixli, LARB-027 saylı əmrinə əsasən yoxlamanın aparılması Azərbaycan Respublikası X8 X4 aparıcı məsləhətçisi X20 həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixdə həmin Bölmənin əməkdaşı tərəfindən X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında yoxlama aparılan zaman mağazanın satış piştaxtasında olan çay, peçenye, qazlı su və şirniyyat məhsullarının yararlılıq müddətinin bitdiyi, həmçinin hill məhsulunun üzərində etiket məlumatının olmadığı, ərzaq məhsulunun (düyü) yerdən birbaşa təmas halında yığıldığı və başqa hallar aşkar olunmuşdur. Buna görə X9 Azərbaycan Respublikasının İXM-nin 220.2, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında X18 Azərbaycan Respublikası İXM-nin 447.0.2-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə olunmuşdur. Həmin qərar qanuni və əsaslıdır. Bu səbəbdən də şikayəti əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, LRB- 24/0234 saylı qərarından görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxalama aparılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, LARB-027 saylı əmrindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında yoxlamanın aparılması Azərbaycan Respublikası X8 X4 aparıcı məsləhətçisi X20 həvalə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X3-X17 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında yoxlama aparılan zaman mağazanın satış piştaxtasında olan çay, peçenye, qazlı su və şirniyyat məhsullarının yararlılıq müddətinin bitdiyi, həmçinin hill məhsulunun üzərində etiket məlumatının olmadığı, ərzaq məhsulunun (düyü) yerdən birbaşa təmas halında yığıldığı aşkar olunmuş və buna görə X9 Azərbaycan Respublikasının İXM-nin 220.2, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protkol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X3-X22 tərəfindən X12 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:35-də inzibati xətaya dair işə baxılmasında iştirak etməsi üçün Agentliyin Lənkəran regional bölməsinin inzibati binasına gəlməsinin zəruri olduğu bildirilmiş və iş üzrə sübutlarını təqdim etməsi təklif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X3-X17 xx.xx.2024-cü il tarixli yoxlamanın nəticələri üzrə qərarından görünür ki, mağazada planlı yoxlama zamanı satış sahəsində, satış üçün nəzərdə tutulan və digər satışa yararlı məhsullarla yerləşdirilən, adları, sayı, miqdarı aşağıda qeyd olunan qida məhsullarının yararlılıq müddətinin bitməsi halı aşkar edildi: Hər biri 500 ml olan 15 ədəd «Fanta» ə/n qazlı sıı (s.i.t xx.xx.2024), hər biri 200 ml olan 4 ədəd «Sarıkız» ə/n qazlı su (s.i.t. xx.xx.2024), hər biri l00 qr olan 9 ədəd «Champion» ə/n qara çay (s.i.t. 11.2023), hər biri 125 qr olan 2 ədəd «BeBe» ə/n şaftalı nektarı (s.i.t. xx.xx.2024), bir ədəd 1 L olan «Cappy» ə/n meyvə şirəsi (s.i.t. xx.xx.2023), bir ədəd 12 qr olan «Çörəkotu» məhsulu (s.i.t xx.xx.2024), bir ədədi 500 qr olan olan «Ayran» ə/n şərq şirniyyatı (s.i.t. xx.xx.2024), «Bismak» ə/n ümumi çəkisi 2.2 kq olan peçenye (s.i.t. xx.xx.2024). Mağazada satışda olan 4 ədəd, hər biri 5 qr olan hill məhsulunun üzərində markalanma mövcud deyil, mağazada çalışan 1 nəfər işçinin fərdi qoruyucu vasitəsi mövcud deyil (önlük, bone), mağazada satış sahəsində düyü məhsulları kisələrdə yerdən təmas halında yığılıb, mağazanın istifadə üçün nəzərdə tutulan zibil qabları texniki normativ tələblərə cavab vermir. Yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilmişdir ki, obyektdə «Qida təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 18, 19, 24.1, 28.1 -ci maddələrinin, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin, AR NK 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı və «Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar»ın bir sıra tələbləri pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X3-X17 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sahibkar X18 Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida X3-X17 əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci, 447.0.2-ci, 447.0.3-cü maddələri ilə X9 barəsində MN № ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və Azərbaycan Qida X3-X22 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmin qərarın surəti göndərilməklə icra edilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X8 X4 xx.xx.2024-cü il tarixli, LRB-24/0234 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxalama aparılması qərara alınmış və Bölmənin xx.xx.2024-cü il tarixli, LARB-027 saylı əmrinə əsasən yoxlamanın aparılması Azərbaycan Respublikası X8 X4 aparıcı məsləhətçisi X20 həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixdə həmin Bölmənin əməkdaşı tərəfindən X9 istifadəsində olan ünvan 2 ünvanına yerləşən pərakəndə satış mağazasında yoxlama aparılan zaman mağazanın satış piştaxtasında olan çay, peçenye, qazlı su və şirniyyat məhsullarının yararlılıq müddətinin bitdiyi, həmçinin hill məhsulunun üzərində etiket məlumatının olmadığı, ərzaq məhsulunun (düyü) yerdən birbaşa təmas halında yığıldığı və başqa hallar aşkar olunmuşdur. Buna görə X9 Azərbaycan Respublikasının İXM-nin 220.2, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında X18 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 447.0.2-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X9 on istinad edilən inzibati inzibati xəta törətməsi öz təsdiqini tapır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar inzibati xəta törətmiş şəxs X9 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida X5-X22 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X9 həmin qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60, 110 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Qida X3-X17 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar