Məhkəmə qərarları › İş №3(073)-257/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-257/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-257/2024 24.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida X1-X10 nümayəndəsi - X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X6-X15 tərəfindən X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Qida X2-X15 tərəfindən X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X2-X10 nümayəndəsi X12 verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikasının Qida X2-X10 əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən X14 məxsus süd və süd məhsullarının istehsalı sexində plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur.Yoxlama ilə bağlı sahibkara məxsus Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən sexə gedilmiş, lakin sahibkar yoxlama yerində olmadığı üçün yoxlama həyata keçirilməmişdir. X16 ilə ***-***-**-** nömrəli telefon vasitəsilə əlaqə saxlanılmış, lakin X17 şəhərində olduğunu, gələ bilmədiyini bildirərək, günün ikinci yarısında yoxlama yerinə gələcəyini söyləsə də, günün ikinci yarısı yenə də yoxlama yerinə gəlməmişdir. Əməkdaşlar yoxlamanın keçirilməsi ilə bağlı X16 ilə 06 mart-28 mart 2024-cü il tarixlərində dəfələrlə əlaqə saxlasalar da, o, yoxlamada şəxsən və ya nümayəndə vasitəsi ilə iştirak etməmişdir. Odur ki, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına görə X11 barəsində İXM-nin 544.1-ci maddəsi ilə vəzifəli şəxs qismində xx.xx.2024-cü il tarixli, MN №1520327 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq X11 barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan X16 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Qida X2-X15 tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. O, əvvəllər özünə məxsus Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən həyətində süd və süd məhsulları istehsalı ilə məşğul olmuşdur. Lakin hazırda həmin sexdə heç bir fəaliyyət göstərmir. O, Bakı şəhərində yaşayır və həmin fəaliyyətini orada davam etdirir. Qida X2-X10 əməkdaşları ona zəng edərək Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən həyətindəki sexə baxış keçirmək istədiklərini bildirsələr də, həmin vaxt o, işi əlaqədar rayon ərazisində olmadığı üçün onlara həmin sexə baxış keçirmələrinə şərait yarata bilməmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Qida X6-X15 tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, süd və süd məhsulları istehsal sexinin vəzifəli şəxsi X5 rayonu Ocaqlı kəndində ona məxsus müəssisədə yoxlamanın aparılmasına şərait yaratmadığı, özünün və və səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 544.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan olan 05 mart 2024-cü il tarixli “Yoxlamanın aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Qida X6-X15 tərəfindən Cəlilabad rayonu Ocaqlı kəndində X14 məxsus süd və süd məhsulları istehsalı sexində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan 06 mart 2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 əməkdaşları tərəfindən Cəlilabad rayonu Ocaqlı kəndində X14 məxsus süd və süd məhsulları istehsalı sexinə plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulsa da, sahibkar və ya onun etibarnamə ilə nümayəndəsi yoxlamada iştirak etmədiyi üçün yoxlama həyata keçirilməmiş, yoxlamanın dayandırılması nəzərdə tutulmuşdur. İşdə olan olan 07 mart 2024-cü il tarixli “Yoxlamanın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Qida X6-X15 tərəfindən sahibkar və ya onun etibarnamə ilə nümayəndəsi yoxlamada iştirak etmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X3 fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsidir və ********** nömrəli VÖEN-ə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X11 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X11 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114,116, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı: X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar