Məhkəmə qərarları › İş №3(073)-259/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-259/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-259/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X4, X5 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cəlilabad şəhəri, Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 barəsində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 03 mart 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X8 tərəfindən müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Bununla da Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X8 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X5 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” obyektində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. X5 İdarəsinin qanunla üzərinə qoyulan məsuliyyət və səlahiyyətlər çərçivəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 barəsində müvafiq tədbir görülməsi üçün protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İnzibati xətanı törətmiş şəxs X8 izahat verərək bildirdi ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” marketiniə qanunsuz reklam quraşdırılması barədə onlar onlar bildirişi almamışlar, həmçinin tərtib edilmiş protokolun surəti onlara təqdim edilməmişdir. Lakin buna baxmayaraq sonrakı müddətdə agentlikə müqqvilə bağlamışdır. Ona görə də, məhkəmədən barəsində olan olan izibati protokola xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikasnın mövcud qanunvericliyinin pozulmasına dair icrası məcburi olan göstərişin Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektini fərdi sahibkarı X6 təqdim olunması barədə iş materiallarında hər hansı bir sübut müəyyən olunmadı. Həmçinin qanunvericiliyin tələblərinə müvafiq akt tərtib edilməmişdir. Ona görə də Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 barəsində inzibati xətalar məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xətalar haqqında protokol əsasız tərtib edilmişdir. Qeyd olunanlara əsasən Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 barəsində inzibati xətalar məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad şəhəri, Qurtuluş küçəsində fəaliyyət göstərərn «GREEN STORE” adlı obyektin fərdi sahibkarı X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar