Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-261/2024 03.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Cəlilabad rayonunun Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Əliabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(86)-20/2017 saylı, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(86)-88/2017 saylı, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-640/2021 saylı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1114/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(86)-20/2017 saylı icra vərəqəsinə əsasən 65353 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" firmasına ödənilməlidir. Bundan başqa, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(86)-88/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Fərdi Firmasının cavabdeh "xxxx" MMC-yə qarşı 01 oktyabr 2014-cü il tarixli, 27/S saylı müqavilə üzrə "xxxx" MMC tərəfindən ödənilməmiş qalıq borc qismində 96.870 manat və həmin qalıq borca münasibətdə 44 947.70 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 141 847.70 manat məbləğində pul "xxxx" fərdi firmasının xeyrinə tutulmalıdır. Bundan başqa Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-640/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 67.200 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 67.230 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Fərdi Firmasına verilməlidir. Bundan başqa Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1114/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 80.745 manat əsas borc, illik 5 faizlə hesablanmış 6391.60 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 87166.60 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı "xxxx" MMCnin və "xxxx" MMC-nin direktoru Şəxs bildiriş göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında "xxxx" MMC-nin hesabina 1000 (bir min) manat ödədiyini, "xxxx" MMC-yə olan borcunun 40868 manat təşkil etdiyiyni, maddi imkanı olmadığı üçün icra sənədləri üzrə borcunu tam ödəyə bilmədiyini, hazırda əməlindən səmimi peşman olduğunu göstərmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1114/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 80.745 manat əsas borc, illik 5 faizlə hesablanmış 6391.60 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 87166.60 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Şirvan Kommersiya Məhkəməsinin icra sənədi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru, vəzifəli şəxs Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru Şəxs dəfələrlə borcun ödənilməsi tələb edilmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Hazırkı vaxtadək icra sənədi üzrə cəmi 1000 (bir min) manat ödəniş edilmişdir. Bununla da borclu inzibati məsuliyyətdən yayınmağa çalışmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə digər zərərçəkmiş hüquqi şəxslərin (tələbkar) nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-261/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-261/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver