Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-262/2023 14.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Şəxs – xx.xx.1982-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiyam Şöbəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş Cəlilabad şəhər sakini Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinin icrası tələb olunmuşdur. Həmin vaxt Şəxs aqresiv davranaraq kobutluq etmiş, ucadan səs-küy salaraq şöbənin iş fəaliyyətini 15-20 dəqiqə ərzində pozmuşdur. Həmin vaxt Şəxs təmkinlə davranmaq və onu sakitçiliyə dəvət esələr də o hərəkətlərini davam etdirmiş icra şöbəsinin rəisinə qarşı tabesizlik göstərərək hörmətsizlik etmişdir. Ona görədə barəsində inzibati protokol tərtib edilimişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ondan tələb olunmuşdur. Həmin vaxt o, borcun bir hissəsini ödədiyini bildirsəsə icra şöbəsinin rəisi onu nalayiq ifadələrələ təqdir etmişdir. Ona gğrədə onun barəsində protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş Cəlilabad şəhər sakini Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinin icrası tələb olunmuşdur. Həmin vaxt Şəxs aqresiv davranaraq kobutluq etmiş, ucadan səs-küy salmış, həmin vaxt o iş otağından çıxıb həmin yerə gəlmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-262/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-262/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver