Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-264/2025 19.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X4 Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələri ilə Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 ərizəsində göstərmişdir ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşamaqla uzun müddətdir ki, Cəlilabad şəhəri Babək küçəsində yerləşən ərzaq və digər qida məhsullarının satışı ilə məşğul olur. İşlədiyi müddətdə hər zaman çalışmış ki, dükanda gigiyenik qaydalara əməl etsin. 13 fevral 2025-ci il tarixində X3 X1 əməkdaşları sahibi olduğu dükana gələrək baxış keçirmişlər və qida təhlükəsizliyi qaydalarına əməl etmədiyini bildirmişlər. Həmin vaxt orada protokol tərtib olunaraq dükanda olan nöqsanlar qeyd olundu. Bir müddət sonra, yəni 21 fevral 2025-ci il tarixli qərarla X3 X1 əməkdaşları onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 1750 manat məbləğində cərimə edilmişdir. Səbəb kimi göstərilmişdir ki, mağazada sanitar gigiyenik norma tələbləri, məhsulların saxlanılmasına dair tələblər pozulmuş və məhsulların müvafiq ekspertiza sənədləri olmamışdır. Buna görə də, barəsində Azərbaycan Respublikası İXMin 220.2, 444.1 və 447.0.3-cü maddələri inzabati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin maddələrlə 1750 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, fiziki şəxsdir və İXM- nin 220.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün cərimənin ən yuxarı həddi 300 manat, İXM-nin 444.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün cərimənin ən yuxarı həddi 900 manat, İXM-nin 447.0.3cü maddəsinin sanksiyasında fiziki şəxslər üçün cərimənin ən yuxarı həddi isə 500 manat təşkil edir. Həmin məbləğləri topladıqda isə cəmi məbləğ 1700 manat təşkil edir. Lakin, X3 X1 əməkdaşları barəmdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda yanlışlığa yol verərək cərimənin cəmi məbləğini 1750 manat göstərmişdirlər. X3 X1 əməkdaşları tərəfindən barəsidə tərib edilmiş həmin qərardan narazılığı isə ona təyin edilmiş cərimənin ən yuxarı həddinin təyin edilməsi olmuşdur. Belə ki, İXM-nin 220.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün cərimənin ən aşağı həddi 200 manat, İXM-nin 444.1-cü dmaddəsinin sankisiyasında fiziki şəxslər üçün cərimənin ən aşağı həddi 600 manat, İXMnin 447.0.3-cü -maddəsinin sanksiyasında fiziki şəxslər üçün cərimənin ən aşağı həddi 350 manat təşkil etdiyi halda, onlar onu həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimənin ən yuxarı həddi ilə cərimə etmişdirlər ki, bu da İXM-nin 5-ci və 9-cu maddələrinin tələblərinə uyğun olmamışdır. Hesab edir ki, X3 X1 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ədalətli olmamışdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirliyi şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də hazırki qərardan şikayət vermək qərarına gəlmiş və məhkəmədən X3 X1 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarının dəyişdirlməsini və onun təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X5 məhkəməyə teleqram vuraraq şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayət vermiş şəxs X4 və Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar”ın surətindən görünür ki, 13 fevral 2025-ci il tarixdə X5 mağazada sanitar gigyena norma və tələbləri pozulduğuna, məhsulların saxlanılmasına dari tələblər pozulduğuna və məhsulların (toyuq) müvafiq ekspertiza sənədləri möcud olmadığına görə Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələri ilə təqsiril bilinib, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən X5 inzibati məsuliyyətə cəlb edilərək 1750 (bir min yeddi yüz əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, X5 fərdi sahibkarlıq statusuna malikdir. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin obyektinə yetirilməməsi və ya lazımınca obyektinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri obyektinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta türədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin güstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxsin X4 barəsində gədiyi nəticələr inzibati tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamış, tətbiq edilmiş tənbeh Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sankisiya çərçivəsində olmuşdur. Tədqiq olunmuş materiallardan göründüyü kimi X4 şikayət etdiyi inzibati qərarda göstərilən inzibati xəta hadisəsini törətmişdir. İnzibati xəta hadisəsi bilavasitə aşkar olunmuş, şikayətdə qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126, 128, 130, 131, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı qanuni hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-264/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-264/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver