Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-267/2024 06.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(022)-983/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi, 300 manat sabit pul məbləğində alimen alınıb tələbkar X6 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(022)-983/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi, 300 manat sabit pul məbləğində alimen alınıb tələbkar X6 verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə cəmi 2700 manat aliment borcu qalmışdır. Şəxs aliment borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu qərəzli şəkildə ödəməmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində , Cəlilabad rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(022)-983/2023 saylı icra vərəqəsinə əsasən ondan iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi, 300 manat sabit pul məbləğində alimen alınıb tələbkar X6 verilməsi qət edilmişdir. Hal-hazırda cəmi 2700 manat aliment borcu qalmışdır. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(022)-983/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi, 300 manat sabit pul məbləğində alimen alınıb ona verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə cəmi 2700 manat aliment borcu qalmışdır. Şəxs aliment borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu qərəzli şəkildə ödəməmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 06 aprel 2024-cü il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-267/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-267/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver