Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-268/2023 14.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçi-müfəttişi X6 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X8 ərizəsini əsaslandıraraq göstərdi ki, o, 27 oktyabr 2021-ci il tarixdə ona məxsus olan çöl torpaq sahəsinə baxmaq üçün gedərkən özünə məxsus olan ov silahını özüylə götürmüşdür. Sahəyə gedərkən tanışlarını görmüş və onların yanına getmişdir. Həmin vaxt ekologiya əməkdaşları onların yanına yaxınlaşmışlar və onlardan ov silahına dair sənədləri tələb etmişdir. Onalar da ov silahlarının sənədlərini ekologiyanın əməkdaşlarına təqdim etmişlər. Bir müddət sonra həmin yerə polis əməkdaşları gəlmişlər, polis əməkdaşları silahların sənədləri ilə tanış olduqdan sonra çıxıb getmişlər. Daha sonra onlar ekologiyanın əməkdaşlarına həm yazılı, həm də şifahi şəkildə bildirmişlər ki, həmin ərazidə onlarn məqsədi ov etmək olmamışdır, ov silahlarını özləri il gətirməkdə məqsəd əkin sahəsinə zərər verən siçovulları öldürmək olmuşdur. Onlar həmin gün ov etməmişlər. Müəyyən vaxtdan sonra ona ekologiyadan qərar gəlmiş və məlumatı olmuşdur ki, ekologiya tərəfindən cərimə olunmuşdur. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçi-müfəttişi X10 bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Təhlükəsizlik Xidmətinin sərəncamına əsasən çöl quşlarının qanunsuz ovlanmasına qarşı mübarizə aparmaq məqsədilə X5 Xidmətinin əmakdaşlarının iştirakı 27 oktyabr 2021-ci il tarixdə Cəlilabad rayonu ərazisində reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı Cəlilabad rayonunun Təzəkənd kəndi yaxınlığında “Beton” kanal deyilən və ov quşlarının çox olduqları ərazidə tüfəng səslərinin gəldiyini müşahidə etmişlər. Tüfəng səsi gələn əraziyə yaxınlaşanda bir qrup şəxsin ov etdiyini görmüşlər. Ov edən şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək onlardan ərazidə ov etməyə dair və onlarda olan ov silahlarına dair sənədləri təqdim etmələrini tələb etmişlər. Müəyyən olmuşdur ki, ov silahlarının sənədləri var, lakin ovçuluq etməyə dair heç bir sənədləri yoxdur. Daha sonra barələrində akt tərtib olunmuş, həmin akta həmin şəxslərdə imza etmişdir. Həmin şəxslərdən biri də Cəlilabad rayonunun Təzəkənd kənd sakini X8 olmuşdur. Hər birindən ayrı-ayrılıqda izahat alınmış və X2 barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilməsinə dair 22 noyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli, 72882 nömrəli monitorinq aktının surətindən və ona əlavə edilmiş fotonun surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Təhlükəsizlik Xidmətinin sərəncamına əsasən qanunsuz çöl quşlarının ovlanmasına qarşı mübarizə aparmaq məqsədilə X5 Xidmətinin əmakdaşlarının iştirakı 27 oktyabr 2021-ci il tarixdə Cəlilabad rayonu ərazisində reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı Cəlilabad rayonunun Təzəkənd kəndi yaxınlığında “Beton” kanal deyilən ərazidə tüfəng səslərinin gəldiyini müşahidə etmişlər. Tüfəng səsi gələn əraziyə yaxınlaşanda bir qrup şəxsin ov etdiyini görmüşlər. Ov edən şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək onlardan ərazidə ov etməyə dair və ov silahlarına dair sənədləri təqdim etmələrini tələb etmişlər. Müəyyən olmuşdur ki, ov silahlarının sənədləri var, lakin ov etməyə dair heç bir sənədləri yoxdur. Daha sonra barələrində akt tərtib olunmuş, həmin akta həmin şəxslərdə imza etmişdir. Həmin şəxslər Cəlilabad rayonu, Üçtəpə kənd sakini X3 və Cəlilabad rayonu, Təzəkənd kənd sakini X8 olmuşlar. Hər birindən ayrı-ayrılıqda izahat alınmışdır. İşdə olan X2 izahatından görünür ki, X8 özünə məxsus ov silahı ilə qamışlıq sahədə gəzərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, ondan ərazidə ov etməyə dair sənəd tələb olunmuş, lakin o, ev etməyə dair sənədinin olmadığını bildirmişdir. Silahının sənədi vardır. Bu hərəkətinin qanunsuz olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında qərar”ın surətində göstərilir ki, 27 oktyabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini X1 rayonu, Təzəkənd kəndi ərazisində qadağan olunmuş yerdə və vaxtda qanunsuz olarq çöl quşlarının ovu ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, şikayətçi X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-268/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-268/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver