Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-270/2024 08.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə Şəxs – xx xxxxxxxx 1967-ci il tarixdə Cəlilabad rayonu Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Ağdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-nin X4n daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində Cəlilabad RPŞ-nin X4 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətməklə Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək, özünü barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:50-də Cəlilabad RPŞ-nın X2rkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan polisə şikayət etdikləri üçün aralarında sözlə mübahisə yaranmış və əsəbiləşərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin Zərərçəkmiş şəxs2 itələyərək yerə yıxmamışdır. Onlar ona nalayiq ifadələr işlətdiyi üçün o da, onlara cavb vermişdir. Odur ki, qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:50-də Cəlilabad RPŞ-nın X4 Zərərçəkmiş şəxs1 ilə birlikdə olarkən Ağdaş kənd sakini Şəxs onunla mübahisə edərək üzərinə gəlmiş, onu söyüb ucadan ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:50-də Cəlilabad RPŞ-nın X4 Zərərçəkmiş şəxs2 ilə birlikdə olarkən Ağdaş kənd sakini Şəxs Zərərçəkmiş şəxs2lə mübahisə edərək onu itələyərək yerə yıxmış və onların ünvanına nalayiq ifadələr işlətmiş, onları ucadan söymüşdür. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X3 verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:50-də Cəlilabad RPŞ-nın X4 xidmətdə olarkən növbətçi hissənin qarşısında Cəlilabad rayon Ağdaş kənd sakini Şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək onları ucadan söymüş və ictimai qaydanı pozmuşdur. Şəxs törətmiş olduğu inzibati xəta özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən qismən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 aprel 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-270/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-270/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver