Məhkəmə qərarları › İş №3(073)-273/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-273/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-273/2025 19.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ 30 sentyabr 2024-cü il Cəlilabad şəhəri Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın, Şəxs, xx.xx.2006-cı ildə Cəlilabad rayonu, Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşqul olan, , Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında 07 mart 2025-ci il tarixli, MN ******* saylı protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Alar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs Əmirağa oğlunun VAZ 2106 markalı, 15-BZ102 dövlət qeydiyyat nişanlı avtomobilinin ön şüşəsinə və digər hissələinə daşla vuraraq sonuncuya 173 manat maddi ziyan vurmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qardaşı X1 ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və onun fotoşəkili yaşadığı evin küçəsində yerləşdirilmiş və bələdiyyənin razılığı ilə həmin yerdə park salmağ üçün beton dirəklər basdırmışdır. Qismət Əmirovun istifadə etdiyi torpaq sahəsi həmin ərazidə yerləşdiyi üçün beton dirəkləri qardaşı Zərərçəkmiş şəxsla birlikdə yerdən çıxarıb sındırdığları üçün aralarında sözlə mübahisə olmuş, həmin vaxtı Siyasətin qardaşı Əziz Əmirov onu təhqir etdiyi üçün o da yerdən daş götürüb Siyasətə məxsus VAZ 2106 markalı, **-BZ-*** dövlət qediyyat nişanlı avtomobilin ön şüşəsinə vuraraq sındırmışdır. Beton dirəklərinin çıxarılması nəticəsində ona da 50 manat ziyan dəymişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxsnın ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs Əbilağa oğluna maddi ziyan vurmasına dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnın barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 173 (bir yüz yetmiş üç) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar