Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-283/2025 11.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 11 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 11 mart 2025-ci il tarixdə V.Cəfərov küçəsində söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, X2 ilə 16 ildir ki, ailə qurmuşlər və 3 azyaşlı uşağları vardır. Onlar faktiki olaraq 1 ilə yaxındır ki ayrı yaşayırlıar. Uşağları üçün darıxdığı üçün 08 mart 2025-ci il tarixdə saat 10:00-da Natavanın onların məhləsində kirayə yaşadığı evə gələrərk oğlu Şahmarı çağırmış, lakin Şahmar anası Nətavan onunla görüşməyə icazə vermirmədiyini söylədiyi üçün buna əsəbləşərərk özünü cilovlaya bilmədiyi üçün Nətavanın özünün və anasının ünvanına söyüşlər vermiş, daha sonra evin aynəbənd hissəsinə yaxınlaşıb əlinin arxa hissəsi ilə sınığ şüşəni qırmışdır. Natavan şüşənin sındığını görüb DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları onların ünvanlarına gələrərk münaqişənin səbəbini soruşaraq onu nizam intizama dəvət etmişlər, o, polisə getmək istəmədiyi ünün tabesizlik göstərmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfəri vəzifəsində işləyir. 08 mart 2025-ci il tarixdə saat 10:00-da X2 əri Şəxs onları söyüb təhqir etməsi barədəd DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları onların ünvanlarına gələrərk münaqişənin səbəbini soruşaraq onu nizam intizama dəvət etmişlər, o, polisə getmək istəmədiyi ünün tabesizlik göstərmişdir. Daha sonra Aslanov X1 RPŞ-nin Göytəpə PB-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-283/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-283/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver