Məhkəmə qərarları › İş №3(073)-286/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-286/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-286/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın iştirakı ilə, Şəxs – 15 fevral 1997-ci ildə Cəlilabad rayonu, Ləzran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Dost iş mərkəzində ictimai işlərlə məşqul olan, Cəlilabad rayonu, Ləzran kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 13 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 13 mart 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində Cəlilabad RPŞ-nin YPXB-nin əməkdaşlarına qarşı ünvansız nalayiq ifadələr işlədərrk ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun qardaşı X2 avtomobili sənədsiz, yəni etibarnamə olmadan (müddəti bitmişdir), texniki baxışdan keçirmədən və sığorta etdirmədən idarə etmişdir. İşlədiyi yerin qarşısında yol polisi əməkdaşı onlara yaxınlaşmış və avtomobili dövlət qeydiyyat nömrəsi olmadan idarə etməyin qanunsuz olduğunu bildirmişdir, onlar da yol polisindən xahiş etmişdir ki, ona 1-2 günlük möhlət versin, maddi imkanı olan kimi nöqsanları aradan qaldıracaq, bu zaman polis əməkdaşı onlarla kobud rəftar etmişdir. Daha sonra o, mobil telefonu vasitəsilə yol polisini çəkmişdir. Yol polisi əməkdaşı bu zaman post patrul əməkdaşlarını dəvət etmişdir, onlar gəldikdən sonra qardaşı Cəlilal patrul əməkdaşlarının avtomobilində, özü isə öz avtomobilində polis şöbəsinə getmişlər. Polis şöbəsinin həyətində də yol polisi əməkdaşı onlarla kobud rəftar etmişdir, yol hərəkəti ilə bağlı inzibati xəta törətmişdirlər. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, Cəlilabad şəhəri M.Hüseynzadə küçəsində xidmətdə olduğu zaman, “VAZ 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön dövlət nömrə nişanı yerində olmadığı üçün tərəfindən saxlanıldı. O, sürücüyə özünü təqdim edib sənədləri təqdim edilməsini tələb etdi. Sənədləri yoxlayan zaman məlum oldu ki, sürücü avtomobili etibarnamə olmadan idarə edir, həmçinin avtomobilin texniki baxışı və icbari sığortası yoxdur. O, sürücüyə avtomobilin dövlət nömrə nişanının birinin yerində olmadığını və etibarnaməsi olmadığı üçün avtomobilin duracağa yerləşdirəcəyini bildirəndə hay-küy salayaraq ona tabe olmamışdır. Müəyyən edilmişdir ki, şəxs inzibati məsuliyyədən yayınmaq üçün, daha doğrusu radara düşməmək üçün nömrəsini çıxarmış və avtomobilin salon hissəsində saxlamışdır. Avtomobilin ön sərnişin yerində əyləşmiş, şəxs isə sürücü hissəsində əyləşmiş, ondan avtomobili sürməsini tələb etmiş, o isə qəsdən avtomobili sürməmişdir. Sonradan post patrul əməkdaşlarını çağırmışdır və onların iştirakı ilə avtomobili şöbəyə gətirməyə nail olmuşdur. Hətta şöbənin həyətinə çatanda şəxs qəsdən avtomobilin arxa hissəsini kəskin şəkildə fırlatmışdır, bununla da guya polisin hərəkətlərindən narazılığını ifadə etmişdir. Şöbənin həyətinə çatdıqda isə şəxs ucadan hay-küy salmış, inzibati məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 izahatına uyğun izahat vermişdir. Bildirmişdir ki, yol polisi əməkdaşı onları əlavə kömək üçün çağırmışdır, hadisə yerinə çatdıqda şəxs, onun qardaşı və yol polisi əməkdaşı arasında mübahisənin olduğunu görmüşlər, bu zaman şəxsin qardaşını (sərnişini) post patrul avtomobili ilə, şəxsin özünü isə öz avtomobili ilə (sərnişin hissəsində post patrul əməkdaşı əyləşməklə) polis şöbəsinə gətirmişlər. Şöbənin həyətinə çatdıqda şəxs qəsdən avtomobilinin arxa hissəsini kəskin şəkildə fırlatmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar